Ermənistanda əsgər payları mağazada satılır - Foto
27-07-2018 23:22
Baxış sayı:
2704

Ermənistanda mağazalarda “Əsgər payı” markalı konservləri almaq mümkündür.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Ermənistan KİV ölkənin yeyinti məhsullarının təhlükəsizliyi dövlət xidmətinə istinadla məlumat yayıb.
Əsgər paylarının azad satışı dövlət yoxlanışının nəticəsində aşkar olunub. Üzərində “Əsgər payı: satılmır” yazılan qablara “Qaynadılmış mal əti” etiketi yapışdırılıb.
Konservin istehsalçısı olan “H.A.N.S.-FOOD LLC” şirkəti bəyan edib ki, əsgər payları satışda anlaşılmazlıq səbəbindən peyda olub: guya şirkət əməkdaşları sifarişləri səhv salıb.