Ermənistanda məktəb direktoru və katibi rüşvətə görə həbs edilib
27-03-2019 08:03
Baxış sayı:
8356

Ermənistanda orta məktəb direktoru və katibi rüşvətə görə saxlanılıb.
Bu barədə "News.am" İstintaq Komitəsinin rəsmisi Naira Arutunyana istinadən məlumat yayıb.
Qeyd edilir ki, hadisə Gümrüdə fəaliyyət göstərən 27 saylı orta məktəbdə baş verib. Əvvəlcə həmin məktəbin katibi rüşvət cinayətində əlbir olmaqda şübhəli bilinərək tutulub. Bundan sonra məktəbin direktoru Karine Lalazyaran da külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Daha əvvəl Ermənistanda oğul 88 yaşlı ananı qətlə yetirib./report