​Ermənilərdən cəbhədə növbəti təxribat - Foto

Baxış sayı:
1717

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.
Muxalifet.az-ın xəbərinə görə, yanğın Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində müşahidə olunur. Erməni hərbiçilərinin Qərvənd kəndi ərazisində törətdiyi yanğın neytral ərazilərə yayılıb.
Hazırda yanğın təmas xəttinə yaxın Mirəşelli, Çıraxlı, Əhmədağalı kəndlərindən aydın görünür.