DÖVLƏT AGENTLİYİNİN DÖVLƏTƏ HÖRMƏTSİZLİYİ... - Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi NK-nın ona aid olmayan qərarını, özü də yanlış tətbiq edir

Baxış sayı:
6554

Bakı şəhəri, Xətai rayonu, Telnov  küçəsi, ev 21, m. 37 ünvanında qeydiyyatda olan Bədəlov Zahidin  15 ilin şəkər, 10 ilin ürək, qan-damar, tənəffüs çatmazlığı xəstəsi olmasından son beş ildə mətbuatda da bilgilər yayımlanıb. Qarabağ qazisi ailəsinin üzvünə qarşı öncə tibbi qeydiyyatda olduğu 7 saylı poliklinika rüşvət özbaşınalığına yol verib və çeşidli bəhanələrlə TSEK-ə forma -88 göndərilməsindən imtina edilib.
Hüquq mühafizə orqanlarının, Ombudsmanın işə qarışmasından sonra, axırı 31.08.2020-ci ildə tibb müəssisəsi “ÜİX GƏRGİNLİK STENOKARDİYASI II F /S. AORTA KORONAR ŞUNTLAMA × 3 ƏMƏLİYYATINDAN sonrakı vəziyyət . QDÇ  (qan dövranı çatmazlığı) ll dərəcə. HİPERTONİYA XƏSTƏLİYİ II MƏRHƏLƏ. ŞƏKƏRLİ DİABET TİP 2. KEÇİRİLMİŞ PLEVRİTDƏN SONRAKI VƏZİYYƏT” diaqnozu ilə ƏƏSMN tabeliyində TSEK -ə forma -88 göndərib. TSEK forma -88-i alan kimi NK-nın TSEK-ə aid olmayan 16.01.2020 tarixli 12 saylı qərarının 1.5.1 maddəsinə əsasən,  anında “ƏLAVƏ MÜALİCƏYƏ EHTİYACI VAR” “səbəbi” ilə əlillik təyin olunmasından imtina edib. Halbuki, TSEK -ə aid olan qayda eyni -16.01.2020 tarixli 11 saylı NK-nın “Əlilliyin qiymətləndirilməsi Qaydası”dır . Niyə TSEK ona aid olan qaydanı yox, tibb müəssisəsinə aid olan qaydanı, özü də kobud qanun pozuntuları ilə tətbiq edir? Axı, vurğuladığımız kimi, NK-nın 16.01.2020 tarixli 12 saylı qərarı tibb müəssisəsinə aiddir və “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nı tənzimləyir. TSEK-in işi isə daxil olan forma -88 əsasında NK-nın 30.12.2015 tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsanamə”yə uyğun olaraq əlilliyi qiymətləndirməkdir. II DƏRƏCƏ QDÇ  (QAN DÖVRANI ÇATMAZLIĞI) XƏSTƏLİYİNİN ÖMÜRLÜK 2-Cİ DƏRƏCƏLİ ƏLİLLİK TƏYİNATINA ƏSAS VERMƏSİ də BU ƏSASNAMƏ İLƏ DOĞRULANIB. Bəs niyə TSEK ömürlük xəstənin “əlavə müalicəyə ehtiyacı olduğunu” bildirib  özbaşınalıq edir? Vətəndaşın TSEK-in qərarından şikayət vermək hüququ NK-nın sözügedən qərarı ilə doğrulansa da, 16 aydır nə şikayətinə baxılıb, nə də şəkərdən gözünün tutulmasına. Heç yataqda əyani yoxlanılması haqqında ərizələrinə də indiyədək heç bir cavab verilməyib. Bircə Ombudsmana 2 ay qabaq bildirilib ki, yeni forma -88 göndərilməsindən sonra əlilliyin obyektiv qiymətləndirilməsi aparılacaq. Amma. .24 dekabr 2021-ci ildə 7 saylı poliklinikadan göndərilən forma -88 yenə də TSEK-ə aid olmayan  “ƏLAVƏ MÜALİCƏYƏ EHTİYACI VAR” bəhanəsi ilə 27.12.2021-ci ildə “üzüqara” çıxıb. İndi 10 ilin ürək , qan-damar, şəkər, tənəffüs çatmazlığı, vərəm xəstəsi yenidən NK-nın qərarına uyğun olaraq TSEK-in imtina qərarının ləğv edilməsini və əyani müayinə olunmaq hüququnu tələb edir. Görəsən, tələbə yenə 16 aydan sonra “əlavə müalicəyə ehtiyacı var “ cavabı veriləcək?
Ümid edirik, ƏƏSM naziri və ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədri 10 ilin ürək, 15 ilin şəkər xəstəsinin ömürlük xəstəliyinə diqqət göstərib, qanuni tədbirlər görəcəklər.
Məğrur BƏDƏLSOY