​"Dollardan Lirəyə keçənlər böyük qazanc əldə edəcəklər" - Yiğit Bulut

Baxış sayı:
5626

Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Valyuta məzənnəsində baş verən sərt dalğalanmaları 15 iyul 2016-cı ildə təşəbbüs edilən zərbə girişiminə bənzədən Yiğit Bulut "Xarici valyutadan TL-ə dönənlər 12-48 ay içində böyük mənfəət əldə edəcək" dedi. 

Prezidentin baş müşaviri Yiğit Bulud, dollar / TL məzənnəsi ilə əlaqədar olaraq Star qəzetində qələmə aldığı yazısında, "İndi xarici valyutadan Türk Lirəsinə dönmə günü" ifadələrini istifadə etdi.

Problemin iqtisadi və ya maliyyə cəhətdən olmadığını müdafiə edən Bulud, "Problem onlara görə açıq, diz çökdürə bilmədikləri Türkiyədir" ifadəsini istifadə etdi.

Yiğit Bulut'un yazısından bir bölüm;

15 iyul fiziki işğal cəhdinin yeni versiyası olan bu dalğanın ilk məqsədi dövlət-hökumət-xalq arasında dərin çatlaqlar açmaq,vətəndaş itaətsizlikləri yaratmaq, ölkəmizə olan inamımızı qırmaqdır. Türk milləti və Türkiyə Respublikası son 1000 ilin ən ağır hücumlarından biri altında!

"GÜN BİRLİK OLMA GÜNÜDÜR"

Nəticə; Türk Lirəsi tarixi alım imkanı verir! İndi xarici valyutadan Türk Lirəsinə qayıtmaq, Türk kapital bazarlarına və Türk Lirəsinə sahib çıxmaq lazımdır. Bu addımı atanların  12-48 ayda necə qazanc əldə edəcəklərini hamımız birlikdə görəcəyik. Gün birlik olma və varlıqlarımıza sahib çıxma günüdür.

"HESABLAŞMA BAŞLAYACAQ"
 
Dalğalanma sona çatdıqda, indiki maliyyə zərbəsinin sahibləri ilə elbette qalıcı hesablaşma da başlayacaq.