DOLLAR ÜÇQAT TƏZYİQƏ DÖZMƏYƏRƏK ÇÖKƏCƏK! – Məzənnəsi ən azı 30 faiz enəcək

Baxış sayı:
6445

Mütəxəssislərin fikrincə, ABŞ-ın pul vahidi dünya ehtiyat valyutası statusunu çox tezliklə itirəcək

Amerika Birləşmiş Ştatlarının (ABŞ) pul vahidinin dünya hökmranlığı sona çatır – dollar yaxın illərdə dünyanın başlıca ehtiyat valyutası statusunu itirəcək. Bunu Federal Ehtiyat Sistemi (FES) etiraf edir. Nəhəng investorlar da bununla razılaşırlar. Bəs, nə üçün ABŞ Mərkəzi bankı və aparıcı maliyyəçilər dollara bu «cəza»nı kəsirlər?

ABŞ valyutası beynəlxalq ticarətdə açar rolunu saxlayır. Ancaq ilbəil dollara qarşı olan çoxsaylı amillər baş qaldırır. Lap yaxınlarda onun hökmranlığı başa çatacaq.Belə proqnoz «Liberty Street Economics» resursunda dərc olunmuş materialda əksini tapıb. Sözügedən resurs isə Nyu-York Federal Ehtiyat Bankına (FES-in açar bankı) məxsusdur.

ABŞ fond bazarlarında baş verən proseslər dövri olaraq investorları qorxudur və bu, digər ölkələrin bazarlarına da təsir edir. Bu zaman beynəlxalq valyuta sisteminə yenidən baxılması çağırışları və dollara alternativin tapılması məsələsi daha hündürdən səslənir.

Məsələn, Beynəlxalq Valyuta Fondunun (BVF) virtual valyutasından (xüsusi borc valyutası) istifadə məsələsi təklif olunur. Bu valyuta hazırda BVF çərçivəsindəki hesablaşmalarda istifadə üçün nəzərdə tutulub. Bundan başqa, 15-ə yaxın beynəlxalq və bölgəsel təşkilatlar bu valyutadan tariflərin və qiymətlərin müəyyən olunması zamanı hesablaşma vahidi qismində istifadə edirlər.

5ae2e6b2-dd2e-44d8-a97f-33ff08fa23bd

Bu baza əsasında yeni dünya valyutasının yaradılması ideyası ilə hələ 2009-cu ildə Çin Xalq Respublikası (ÇXR) çıxış edib. Qlobal böhrandan sonra dünya iqtisadiyyatının bərpasına uyğun olaraq, bu təklif aktuallığını itrmişdi. Ancaq ticarət müharibələrinin başlanması ilə vəziyyət kəskin dəyişib.

Ekspertlər hələ də mübahisə edirlər: bu «sintetik valyuta» dollara tamhüquqlu əvəzləyici ola biləcəkmi? Bu zaman, müxtəlif ölkələrin mərkəzi bankları faktiki olaraq, ABŞ pul vahidinin qarşısında qapıların bağlanması istiqamətində konkret adımlar atmaqdadırlar – beynəlxaq ehtiyatlarda dolların payını azaldırlar.

Məsələn, Rusiya Mərkəzi bankı ötən il iyunun sonuna qızıl-valyuta ehtiyatlarında dolların payını iki dəfədən artıq azaldıb: 46 faizdən 22 faizə endirib. Qızıl-valyuta ehtiyatlarının beşdə biri – 100 milyard dollar – avroya və yuana keçirilib.

Çin, Hindistan, Türkiyə və Avropa İttifaqı (Aİ) da hesablaşmalarda ABŞ valyutasından istifadəni məhdudlaşdırmaq istiqamətində konkret addımlar atırlar.

Analitiklər əmindirlər ki, ehtiyatlarının böyük hissəsini dollarla saxlayan mərkəzi banklar ABŞ dolarından get-gedə daha fəal şəkildə «can qurtaracaqlar». Ötən ilin ikinci rübündə ümumdünya ehiyatlarında avronun payı 20,26 faizə qalxıb. Bu da Amerikanı böyük problemlərlə hədələyir.

«Dolların indiki başlıca ehtiyat valyutası statusu ABŞ iqtisadiyyatını xarici təlatümlərdən təcrid edir. Beynəlxalq bazarlarda bu valyutanın dominat rolunu itirməsi böyük neqativ nəticələr vəd edir – ilk nöbədə, emitent üçün, yəni ABŞ üçün» – deyə, Nyu-York Federal Ehtiyat Bankının vitse-prezidenti Linda Qoldberq qeyd edib.

Nyu-York Federal Ehtiyat Banki 2
İlk baxışda hazırkı dövrdə dolları elə də ciddi təhlükə gözləmir. Valyuta bazarlarının tədqiq olunması üzrə ixtisaslaşmış «A. G. Bisset Associates» təşkilatının başçısı, tanınmış maliyyəçi Ulf Lindal xatırladır ki, dollar tarixi rekord vurur. Belə ki, digər açar valyutalara nistətən, dollar son 30 ildə yüksək səviyyəyə yüksəlib.

Lindal iddia edir ki, tezliklə vəziyyət dəyişəcək: dollar uzunmüddətli enişə qədəm qoyacaq. Maliyyəçinin qiymətləndirməsinə görə, yaxın 5 ildə ABŞ valyutası avroya nisbətən 40 faiz ucuzlaşacaq. Bundan əvvəl, ABŞ analitiklərinin hesalamaları göstərib ki, enmə prosesi 2019-cu ilin sonunda başlanacaq və dollar bu enişi «dəf edə» bilməyəcək.

images

«Son nəticədə, uzun illər boyu bizi dolların enməsi gözləyir. Gələn ilin ikinci yarısında biz, ABŞ valyutasının zəifləməsinin şahidi olacağıq» – deyə, «JP Morgan»ın analitikləri qeyd edirlər.

Mütəxəssislərin fikrincə, dolların enişi «ahəstə» olmayacaq və hansısa bir məqamda o, üçqat təzyiqə (büdcə defisiti, ticarət balansı və cari əməliyyatların hesabı) dözməyərək, sadəcə, çökəcək.

Üçqat defisit ABŞ dövlət qiymətli kağızlarının əcnəbi alıcılarını qorxudacaq. Bu da dolların məzənnəsinin ən azı 30 faiz enməsi ilə nəticələnəcək. Bu halda ABŞ-ın pul vahidi mütləq dünya ehtiyat valyutası statusunu çox tezliklə itirəcək./AzPolitika.info