"Dəmirçi Plaza"da tüstülənmə: binadakılar təxliyyə edildi - FOTOLAR

Baxış sayı:
5947

"Dəmirçi Plaza”da yanğın təhlükəsi yaranıb. Muxalifet.az-ın ONA-ya məlumatına görə, iş mərkəzinin zirzəmisində qısaqapanma olub. Nəticədə tüstülənmə meydana gəlib. Binadakı şəxslər təxliyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb.