Diplomatın meyiti Rusiya XİN binasının tualetində tapıldı

Baxış sayı:
4990

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Smolensk meydanındakı binasında əməkdaşlardan birinin cəsədi tapılıb.  Oleq Krivtsov adlı işçinin cəsədi binanın 19-cu mərtəbəsinin tualetində xadimə tərəfindən tapılıb.  Krivtsovun ürəktutmasından öldüyü ehtimal edilir.
Qeyd edək ki, 68 yaşlı Oleq Krivtsov nazirliyin silahların yayılmasının qarşısının alınması və nəzarət edilməsi departamentinin baş məsləhətçisi kimi işləyib.