DƏHŞƏT: Prokuror və ailəsi yanaraq öldü - Şok görüntülər / Video

Baxış sayı:
7615

Rusiyada yaşayış binasında güclü yanğın olub.

Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə Krasnoyarskda baş verib. Beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 8 nəfər ölüb. 

Bildirilir ki, güclü yanğında ölənlər arasında Lesosibirsk şəhərinin prokuroru Vasili Federoçov və onun ailə üzvləri də var. Ehtimal edilir ki, onlar hadisədən əvvəl Bolşakovlar ailəsinə qonaq gediblər. "Yanğın zamanı Lesosibirskin prokuroru, onun ailə üzvləri və bacısının ailəsi həlak olub", - deyə hüquq-mühafizə orqanlarındakı müsahib bildirib.   

Qeyd edilir ki, qonşular mənzildə uşaqların qışqırtısını eşidərək Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Xilasedicilər hadisə yerinə operativ gələrək qapını açsalar da, alovun bürüdüyü mənzildə olanların hamısının həlak olduğunu görüblər. 

Məlumata görə, hadisəyə köhnə elektrik naqillərinin enerji yükü ilə həddən artıq yüklənməsi səbəb olub. Alov otaqlara qısaqapanma vasitəsilə yayılıb.