Deputatlarımız Ukraynaya gedir - Müşahidə aparılacaq

Baxış sayı:
10270

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ukraynada keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər.
Muxalifet.az xəbər verir ki, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Milli Məclis xətti ilə, deputat Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının, Azər Kərimov isə GUAM Parlament Assambleyasının müşahidəçi qrupunun tərkibində Ukraynada keçiriləcək prezident seçkilərini izləyəcəklər. R.Quliyev və A.Kərimov Kiyevdə, N.Həmzəyev isə Odessa şəhərindəki seçki məntəqələrini müşahidə edəcəklər.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.