​Daşkəsəndə 18 yaşlı gənc süni göldə boğuldu

Baxış sayı:
553

Daşkəsən rayonunda süni göldə batan gəncin meyiti sudan çıxarılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Muxalifet.az-a verilən məlumata görə, Daşkəsən rayonunda süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Emin Bəhruz oğlu Əliyevin axtarışları başa çatıb.
Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.