Daha bir sayt bloklandı - MƏHKƏMƏ QƏRARI

Baxış sayı:
8029

Bu gün Səbayel Rayon Məhkəməsi arqument.az saytının bloklanması barədə qərar qəbul edib. Bunu Turan-a saytın redaktoru Şəmşad Ağa bildirib.

Bloklanma Rabitə Nazirliyi Elektron Təhlükəsizlik Mərkəzinin məhkəməyə müraciəti əsasında baş tutub. Mərkəz "Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər" və "Rayon sakinləri: "İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır" sərlövhəli məqalələrdə qanun pozuntusuna yol verildiyini bildirib.

Baş redaktor məhkəmə qərarının əsassız olduğunu bildirib və apellyasiya verəcəyini deyib.