Con Bolton yenə Türkiyəyə “hücum” etdi

Baxış sayı:
6004

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Türkiyənin Rusiyadan S-400 satın almasının böyük bir problem olduğunu açıqlayıb.
 
Con Bolton Türkiyə ilə münasibətlərdə bir çox problemin olduğunu bildirərkən "S-400 adlanan Rus hava müdafiə sisteminin qəbulu ilə bağlı narahatıq. Bu böyük bir problemdir" deyib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-dan F-35-ləri noyabrda gözlədiklərini deyərkən, digər tərəfdə buna ən böyük maneə kimi göstərilən Rusiyadan S-400 qəbulu ilə bağlı Con Bolton sərt açıqlama verib.
 Amerikan mətbuatına görə, Trampın xarici siyasətdəki məsləhətçisi halına gələn Bolton, ABŞ-Türkiyə münasibətlərinin tənzimlənməsinə bir çox böyük əngəlin olduğunu, S-400-ün bunlardan birini təşkil etdiyini söyləyib.
 
 Türkiyə ABŞ-a dost, düşmən, yoxsa?
 
“Türkiyə ABŞ-ın dostudur, yoxsa düşməni" sualına cavab verən Con Bolton, münasibətlərə mənfi təsir edən bir çox problemlərin olduğunu söyləyib:
 
İsrail ilə əlaqələr
 
“Bilirsiniz ki, onlar (Türkiyə) hələ də NATO müttəfiqidir, amma İsraildəki yaxın dostlarımızla münasibətləri çox pisdir, bu bizim maraqlandığımız bir məsələdir. Suriyadakı müharibə kontekstindəki amlaşılmazlıqlar da bir başqa məsələdir".
 
Tramp Türkiyə ilə yaxşı əlaqələr istəyir
 
 Bolton, “Məncə prezident Tramp Türkiyə ilə yaxşı münasibətlərin olmasını istəyir, ABŞ-ın Türkiyə ilə ticarət dövriyyəsinin artdığını görmək istəyir, amma Suriyada və regionun geri qalanında bəzi problemlərlə bağlı bizə yardım etmələrinə ehtiyacımız var" deyə əlavə edib.
Müxalifət.az