Çavuşoğlu Avropa Parlamentinin qərarına etirazını bildirdi: “XARİCDƏN MÜDAXİLƏDİR..."
1-02-2019 16:30
Baxış sayı:
6172
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin özünü Venesuela prezidenti elan eləmiş Xuan Quaydonu tanımaq qərarına sərt etirazını bildirib. Çavuşoğlu deyib: “Xarici müdaxilə problemi həll etməz. Venesuelada vətəndaş müharibəsinə belə səbəb ola bilər”.
Dünən Avropa Parlamenti Venesuelada özünü “müvəqqəti prezident” elan eləmiş müxalifətçi Xuan Quaydonu tanımaq qərarını verib./Hurriyyet.org