Bülbül prospektində qəribə yol nişanı - Sürücülər çaş-baş qaldı

Baxış sayı:
6223

Paytaxtın Bülbül prospektində yol nişanı sürücüləri çaş-baş salıb.
3 gündür həmin ərazidən istifadə edən sürücülər yol nişanının düzəldilmədiyini qeyd edir.
Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev açıqlamasında aidiyyəti orqanların bu hallara ciddi nəzarət etməli olduğunu bildirib:
“Əslində, burada sürücüləri çaşdıracaq elə ciddi məqam yoxdur. Lakin bütün hallarda yol nişanları bu vəziyyətdə olmamalıdır.
Böyük ehtimalla nişanın bir hissəsi bərkidildiyi yerdən qopub, aşağı düşüb. Lakin bu, həm piyadalar, həm də sürücülər üçün təhlükəlidir.
Güclü külək onu qopararaq nəqliyyat vasitələrinin, insanların üzərinə ata bilər. Bu isə çox ciddi problemlərə yol aça bilər. Yaxşı olardı ki, bu hal tezliklə aradan qaldırılsın”.
Fotoda gördüyünüz yol nişanlarının ayrı-ayrılıqda mənası:
Dayanma-durma qadağandır