Bukmekerlər: “Qarabağ” bu mərhələni keçəcək

Bu gün Bakı vaxtı ilə saat 22:45-də Danimarka paytaxtının “Parken” stadionunda yerli “Kopenhagen” Azərbaycanın “Qarabağ” klubunu qəbul edəcək.
Cütlüyün qalibi Çempionlar Liqasının qrup turnirinə vəsiqə qazanacaq. Xatırladaq ki, ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. Bu gün bizi qələbə, heç-heçə və istənilən 1 top fərqli məğlubiyyət qane edir (oyun 1:0 bitəcəyi təqdirdə, əlavə vaxt təyin olunacaq).
Virtualaz.org xəbər verir ki, “Marafon” bukmeker kontoru “Qarabağ”ın bu cütlüyün qalibi olacağına əmindir. Əgər “Kopenhagen”in mərhələ adlamaq şansları 2,32 əmsalı ilə qiymətləndirilirsə, “Qarabağ” üçün həmin əmsal 1,64-dür. Lakin bukmekerlər bugünkü oyunda meydan sahiblərinin qələbə şanslarını daha yüksək qiymətləndirirlər: 1,77 – 3,62, - 5,40.
Oyunun ən inandırıcı nəticəsi “Kopenhagen”in 1:0-lıq qələbəsidir (əmsal – 5,70). 1:1 hesablı heç-heçə də mümkün nəticələrdəndir (6,60). Proqnoz həvəskarları əmindir ki, bu oyunda da qapılara çox qol vurulmayacaq.
Bu yazılanlardan belə nəticəyə gəlmək olar ki, bukmekerlərin fikrincə, oyunun ən optimal nəticəsi “Qarabağ”ın əlavə vaxtda, yaxud 11-metrlik cərimə zərbələri seriyasında qələbəsidir.