Bəşər Əsəddən ŞOK SÖZLƏR: "HEÇ KİM İNANMIR Kİ, TÜRKİYƏ..."

Baxış sayı:
8068

"Türkiyənin Suriyanın şimal-qərbində apardığı əməliyyat etnik konfliktə səbəb ola bilər". Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd "Rusiya 24" kanalı və "RİA "Novosti"yə müsahibəsində deyib: "Rəsmi Dəməşq, suriyalı qaçqınların Türkiyə ordusunun nəzarətində olan ərazilərə qaytarılmasına qarşıdır. Heç kim inanmır ki, Türkiyə 3 milyon qaçqını həmin rayona qaytarmaq istəyir. Bu cür davranış etnik konflikt yaradacaq. Çünki həmin rayonların əhalisi ərazi güzəştinə getməyəcək". Prezidentin sözlərinə görə, türklərin əsas məqsədi həmin torpaqlara terrorçuları gətirərək radikal cəmiyyət yaratmaqdır: "İstənilən halda bu, Suriyanın ərazi bütövlüyünə təhdid deməkdir", - B.Əsəd bildirib. Xatırladaq ki, rəsmi Ankara 9 oktyabrda İŞİD-ə və Kürd Demokratik Birlik Partiyasına (PYD) qarşı Suriyanın şimalında "Sülh çeşməsi" əməliyyatının başlandığını elan etmişdi. Rəsmi Moskva isə 2011-ci ildən bəri davam edən konfliktin həllinə mane olan bütün addımlardan çəkinməyin vacibliyini bəyan edib. Politoloqların fikrincə, Türkiyə bu əməliyyatla bufer zona yaradaraq öz ərazisində yaşayan suriyalı qaçqınları ora köçürmək niyyətindədir.