​Bəsrə körfəzində qorxunc mənzərə - Bombardmançılar havaya qalxdı - VİDEO

Baxış sayı:
7048

ABŞ-ın İrana təhdid məqsədilə Yaxın Şərqə göndərdiyi B-52 bombardmançı təyyarələri Qətərdəki hərbi bazadan havaya qalxıb.
Nüvə bombası daşıya bilən B-52-lərin ilk uçuş məqsədi İrana mesaj vermək kimi göstərilib.
Körfəzdə İranı blokadaya almağa çalışan ABŞ Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq edir. Yaxın zamanda İrana iqtisadi sanksiyaları genişləndirən ABŞ daha əvvəl F-35 qırıcılarını, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisini və çox sayda döyüş gəmilərini Bəsrə körfəzinə göndərmişdi./Publika