Britaniya qırıcısı Rusiya aviabazasına yaxınlaşdı, S-400 işə salındı

Baxış sayı:
3340

Bir neçə həftə əvvəl Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin “Eurofighter Typhoon” qırıcısı Rusiyanın Suriyadakı Hmeymim aviabazasına “yolverilməz həddə” yaxınlaşıb. Nəticədə Rusiya bazanı qoruyan S-400 “Triumf” zenit-raket kompleksini döyüşə ən yüksək hazırlıq vəziyyətiə gətirib. Bu o deməkdir ki, hər an təyyarəyə atəş açıla bilərdi. Virtualaz.org xəbər verir ki, insident haqda İsrailin “Nziv” nəşri yazır. Bildirilir ki, S-400 komplekslərinin adətən pasiv rejimdə işləyən radarları qəfildən aktivləşib və həmin vaxt İsrailin radioelektron kəşfiyyat təyyarəsi bunu qeydə alıb. “Noyabrın 22-də Britaniya HHQ-nin “Eurofighter Typhoon” qırıcısı yolverilməz həddə “Hmemim” aviabazasına yaxınlaşıb. Nəticədə Rusiya Hava Hücumundan Müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, təyyarənin koordinatları və hansı tip qurğuları işə saldığı qeydə alınıb”,-məlumatda bildirilir. Britaniya qırcısının Suriya hava məkanına daxil olub-olmadığı haqda heç nə deyilmir, amma ehtimal edilir ki, təyyarə Rusiya bazasından bir neçə saniyəlik uçuş məsafəsində olub.//virtualaz