Britaniya Avropa Birliyinə Türkiyənin əhəmiyyətini xatırlatdı

Avropa Birliyi Türkiyəni özündən uzaqlaşdırmamalıdır.
 
Muxalifet.az xəbər verir ki, bunu Avropa Birliyi xarici işlər nazirlərinin Tallindəki toplantısında çıxışı zamanı Britaniya Xarici İşlər naziri Boris Conson söyləyib. Onun sözlərinə görə, Türkiyə AB üçün böyük strateji əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bundan öncə Almaniya və Fransa rəsmən Türkiyəni Avropa Birliyində görmək istəmədiklərini açıqlamışdılar.