​“Böyük müharibə başlayır” – JİRİNOVSKİDƏN SENSASİON AÇIQLAMA – VİDEO

Dünyada böyük müharibə başlayacaq.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rossiya-1 televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, bu savaş 2050-ci ilə qədər davam edəcək:
“Dünya yavaş-yavaş böyük müharibəyə doğru addımlayır. Tarixi, iqtisadi baxımdan bu artıq təsdiqlənib. Amerikalılar bu müharibəni özləri başlatmayacaqlar. Onlara sərfəli olan savaşı başladıb, sonra buraya qalib kimi gəlmələridir. Öz şərtlərini diktə etmək üçün bu, daha yaxşıdır. Koreyaya nəzər yetirək. Siz ürəyiniz istədiyiniz qədər sınaqların keçirildiyini elan edə bilərsiniz, amma əmin olun ki, ABŞ Şimali Koreyanı bombardman etməyəcək. Onlara maraqlıdır ki, Yaponiya, Cənubi Koreya, Çin, Tayvan və digərlərini provokasiyaya cəlb edib, böyük Uzaq Şərq müharibəsi yaratsınlar. Rusiyanı da bura cəlb etmək olar. İkinci cəbhə Əfqanıstan olacaq ki, onlar Hindistanı Çinlə, Pakistanı Hindistanla, Əfqanıstanı Mərkəzi Asiya ilə konfliktə cəlb edəcəklər. Eyni prosesi Qafqazda da başladacaqlar.
Avropada da iki cəbhə olacaq: Balkanlar və Ukrayna. Ukrayna nə üçün lazımdır? Ona görə ki, onlar bizim sərhədlərə yaxındırlar. Pribaltikanı satacaqlar ki, Şərqi Avropada genişmiqyaslı böyük müharibə başlasın. Müharibə Ukrayna və Polşanın ərazisində gedəcək ki, ruslar hər yerdə sıxışıb qalsınlar.
Biz Yaxın Şərqə gəldik ki, burada nizam yaradaq. Amerikalılar isə imkan gözləyirlər ki, Avropaya gəlib qayda yaratsınlar və bizi məğlubların siyahısına atsınlar.
Bütün cəbhələr Rusiyaya yaxın olacaq. Heç vaxt Vaşinqton Moskvaya, Moskva isə Vaşinqtona nüvə zərbəsi endirməyəcək. Bunların qurbanları koreyalılar, serblər, xorvatlar, sünnilər, şiələr və digərləri olacaq. Böyük müharibə 2020-də və ya 2025-də başlaya bilər, amma o, 2050-ci ilə qədər davam edəcək. Qurbanların sayı yüz milyonları keçəcək. Hindistana, Pakistana, Şimali Koreyaya izn veriləcək ki, nüvə silahından istifadə edilsin. Buna səbəb isə amerikalıların yenidən öz ordusunu buralara gətirməsi üçün bəhanədir. Cənubi Koreya artıq indidən ABŞ donanmasını yardıma çağırır. Ən böyük itkilər, qurbanlar Hindistanla Pakistan arasındakı konfliktdə olacaq. Bütün bunların günahı sol inqilablardadır. İnsanlar hökumətlərlə mübarizə aparırlar. Əgər sol inqilablar olmasaydı, indi hamımız normal yaşayırdıq”.