Bomba ilə partladılan jurnalistin qatili üzə çıxır? - Şübhəli şəxs istintaqda vacib informasiya açıqladı

Baxış sayı:
14062

Şübhəli Dafne Karuana Qalisiyanın qətli haqqında istintaq qrupuna vacib informasiya verib. “DW” yazır ki, Bu barədə polisin bəyanatında deyilir. Maltanın baş naziri bildirib ki, həmin informasiyanın araşdırılması məqsədilə şübhəli şəxsə toxunulmazlıq verilib.

Maltanın baş naziri Cozef Muskat öldürülən jurnalist Dafne Karuana Qalisiyanın məhkəmə işində adı hallanan şəxslərdən birinə toxunulmazlıq verib. “AFP” agentliyinin əldə etdiyi məlumata əsasən, şübhəli Melvin Teuma istintaqa “vacib” informasiya verib. İndi o, ifadələrini məhkəmədə təkrarlamalıdır. Ötən gün dövlət başçısı parlamentdəki çıxışında “bütün faktları” müəyyənləşdirmək məqsədilə belə bir qərarın verildiyini bildirib.

Növbəti fiqurant, həbs edilən maltalı biznesmen YorcenFenekdə immunitet istəyib. Hələlik onunla bağlı qərar qəbul edilməyib. Sahibkar mərhum jurnalistin haqqında yazdığı “17 Black” ofşor şirkətinin rəhbəridir.

Jurnalist Dafne Karuana Qalisiya 2017-ci ildə həlak olub. İstintaq versiyasına əsasən, onun icarəyə götürdüyü avtomobildə uzaqdan idarə edilən partladıcı qurğu işə düşüb. Reportyor bir müddət öncə təhdidlər aldığını söyləyib. O, qətlə yetirilmədən əvvəl baş nazir və onun korrupsiyada şübhəli bilinən iki köməkçisi barədə araşdırma aparıb. Ötən ilin iyul ayında Malta baş prokurorluğu bildirib ki, istintaq qrupu respublikanın baş nazirinin korrupsiya əlaqələrini sübuta yetirə bilməyib.

Bir neçə ay əvvəl qətldə şübhəli bilinən üç nəfər rəsmi ittiham edilib. Onlar jurnalistin ölümünə səbəb olan partlayıcı qurğunun hazırlanmasında ittiham olunurlar. (xpressa.net)