BMT tribunasından görünməmiş erməni həyasızlığı - Bakıdan reaksiyalar

Baxış sayı:
4864

Ermənistan rəhbərliyinin davranışları sülhə yer saxlamır, rəsmi mövqelər də bunu təsdiqləyir; politoloq: “Ermənilər ağır məğlubiyyətə düçar olmayınca, imkan düşdükcə öz iyrənc məqsədlərini həyata keçirməyə çalışacaqlar...”

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra sayca ikinci dəfə BMT tribunasından çıxış etdi və sərgilədiyi aqressiya ilə sələflərindən irəli çıxmağa növbəti dəfə cəhd göstərdi. Paşinyan ötən il olduğu kimi, bu dəfə də Azərbaycanı sülhə maraqlı olmayan ölkə kimi təqdim etməyə cəhdlər göstərdi.

“Mən Azərbaycan prezidenti İlham Əliyevi təklif etdiyim formulu qəbul etməyə və Qarabağ probleminin nizamlanmasında tərəqqi üçün şərait yaratmağa çağırmışam. Bu məsələnin istənilən həlli Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Biz bu formulu həyata keçirmək üçün bir yerdə işləməliyik”, - deyə Paşinyan iddia edib. Erməni baş nazir Qarabağ münaqişəsinin dinc həllinin regionda stabillik və təhlükəsizlik üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb və ölkəsinin bu yöndə guya hansısa addımlar atdığını söyləyib. Ardınca gileylənərək deyib: “Azərbaycanın ali hakimiyyəti öz köhnə mövqeyində qalır və bu mövqe də odur ki, konfliktin həlli müstəsna olaraq Azərbaycan xalqı üçün məqbul olmalıdır. Bu, nə deməkdir? Bu, o deməkdir ki, Azərbaycan hakimiyyəti münaqişəni həll eləmək istəmir. Bunun əvəzində onlar Dağlıq Qarabağ ”xalqına" qalib gəlmək istəyirlər. Onlar heç bir kompromisə getmək istəmirlər".

Bir sıra məqamlarda özü barəsində “sülhpərvər” obrazı formalaşdırmağa cəhd edən N.Paşinyan heç olmasa avqust ayında Xankəndində səsləndirdiyi cəfəng bəyanatını özlüyündə xatırlayıb utanmadı.

paşinyan bmt ile ilgili görsel sonucu

“Dağlıq Qarabağ Ermənistandır. Nöqtə!” deyərək sərsəmləyən bu şəxs BMT tribunasında Azərbaycanı sülhdən yayınmaqda ittiham etdi. Hansı ki, o, Ermənistanın BMT Təhülkəsizlik Şurasının 4 qətnaməsini nə səbəbə icra etməməsinə aydınlıq gətirməli idi. Düzdür, Türkiyə prezidenti dünya birliyinə çağırış edərək BMT qətnamələrinin icra olunması tələbini qoydu. Lakin təəssüf ki, “ikili standartlar” yenə də öz sözünü dedi və işğalçı ölkənin baş naziri sərbəst şəkildə beynəlxalq qanunlara meydan oxudu, tənə-qınağa belə rast gəlmədi. N.Paşinyan növbəti dəfə Azərbaycanın müstəqillik qazanması ilə separatçı Qarabağ rejiminin “müstəqilliyi” arasında paralellik aparmağa cəhd edib. Lakin Şotlandiya, Kataloniya separatçılarını yerində oturdan, hətta postsovet məkanındakı digər separatçı bölgələrlə bağlı prinsipiallıq nümayiş etdirən beynəlxalq birlik nədənsə Qarabağ separatçılarının “müstəqilliyi” barədə nağıllara, həyasız bəyanatlara sakit reaksiya verir. N.Paşinyan BMT tribunasında sülh nağılları uydurduğu zaman Ermənistan ordusu Qarabağ torpaqlarında hərbi təlimlər keçirirdi və bu həyasızlıq davam edir. Lakin dünya nədənsə işğalçı ölkənin həyasızlığına dözür. Lakin belə görünür ki, Azərbaycan, nəhayət, dözməyəcək və son sözünü deyəcək. Fakt budur ki, XİN başçılarının Nyu-York görüşü də nəticəsiz başa çatıb.

“Təəssüf ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı bu dəfə də sizinlə bölüşmək üçün yaxşı xəbərim yoxdur”.

Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Nazirlər Konfransında çıxışı zamanı deyib. ile ilgili görsel sonucu

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Nazirlər Konfransında çıxışı zamanı deyib. XİN rəhbəri qeyd edib ki, Ermənistan, göründüyü kimi BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair məcburi xarakter daşıyan tələblərin əks olunduğu qətnamələrinə məhəl qoymamaqda davam edir: “Beynəlxalq ictimaiyyətin əvvəlki xəbərdarlıq və qınaqlarına baxmayaraq, o cümlədən münaqişənin siyasi həlli istiqamətində davam edən səylər fonunda, Azərbaycanın işğal olunmuş ərazilərinin müstəmləkəyə çevrilməsi və ilhaqını möhkəmlətmək məqsədi ilə qəsdən qeyri-qanuni fəaliyyət həyata keçirilməkdədir. Bunlara, digərləri ilə yanaşı, məskunlaşdırma, tarixi və mədəni irsin məhv edilməsi və mənimsənilməsi, işğal olunmuş ərazilərdə aktivlərin, təbii sərvətlərin və digər maddi nemətlərin istismarı və talan edilməsi və qanunsuz ticarəti daxildir”.

Bu, danışıqlarda Azərbaycan dövlətini təmsil edən nazirin ümidsiz açıqlamasıdır. Deməli, danışıqların mənası qalmayıb. Elə bugünlərdə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da demişdi ki, Azərbaycan məhz Paşinyanın Xankəndi bəyanatından sonra danışıqlara nöqtə qoymalı, Nyu-York görüşündə iştirak etməməli idi.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bu barədə danışarkən dedi ki, bunu Tofiq Zülfüqarov, yaxud başqa bir diplomat desə də, deməsə də indiki şərtlər və reallıqlar çərçivəsində danışıqların davam etdirilməsinin heç bir anlamı yoxdur: “Xüsusilə də Azərbaycan üçün. Danışıqların davam etdirilməsində ATƏT-in Minsk Qrupunun həmsədrləri, konkret halda həmsədrlik institutunu təmsil edən diplomatlar və Ermənistan maraqlıdır. Diplomatlar üçün proses iş yeridir. 25 ildir ki, Rusiya, ABŞ və Fransanın xarici işlər nazirli sistemində müvafiq işlə təmin edə bilmədiyi diplomatları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi araşdırmalar mərkəzinin ştatlı əməkdaşları kimi maaş alırlar. Ermənistan isə hər dəfə danışıqlar öncəsi özünü naza qoyur ki, onu da bir dövlət, tərəf olaraq yada salıb minnətçi düşsünlər. Sizi əmin edirəm, əgər Azərbaycan torpaqlarının işğalı faktı olmasaydı, Ermənistan adlı bir dövlətin olduğu kimsənin yadına düşməyəcəkdi”.

E.Mirzəbəyli qeyd etdi ki, danışıqların davam etdirilməsinin anlamsız olduğunu təsdiqləyən növbəti amillərdən biri Ermənistan hakimiyyətinin başında olduqca qürursuz, yalançı, şərəfsiz, böhtançı, iyrənc bir məxluqun dayanmasıdır: “Köçəryan və Sərkisyan hərbi cinayətkardırlar, azərbaycanlılara qarşı soyqırımında iştirak ediblər, amma Paşinyan qədər iyrənc və ləyaqətsiz deyillər. Hazırda biz dünya ermənilərinin ən ləyaqətsizi, erməni xislətinin bütün iyrəncliklərini öz xarakterində cəmləşdirən canlı ilə danışıqlar aparırıq. O isə gücün dilindən başqa heç bir şey anlamır. Mənə görə yeganə çıxış yolu Paşinyana və erməni xalqına onların azərbaycanlılara yaşatdıqlarını, təbii ki, müharibənin qanunlarına uyğun olaraq yaşatmaqdır! Bu təkcə bu gün üçün deyil, tarix üçün lazımdır. Ermənilər ağır məğlubiyyətə düçar olmasalar, imkan düşdükcə öz iyrənc məqsədlərini həyata keçirməyə çalışacaqlar!”

Aydın Mirzəzadə ile ilgili görsel sonucu

“Mən hesab edirəm ki, Ermənistan rəhbərliyi yenidən dünya ictimaiyyətini aldatmağa çalışır”. Bunu isə “Eurasia Diary”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Paşinyanın Azərbaycanın ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

“Bu gün Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfdən işğaldadır. Aprel döyüşlərində Azərbaycan torpaqlarının bir hissəsini işğaldan azad etdi. Bu, Ermənistanda çox böyük əks-sədaya səbəb oldu. Hətta Ermənistan rəhbərliyi döyüşlərdə uduzduğunu etiraf edib, Avropa ölkələrini, İrəvanda fəaliyyət göstərən səfirlərini yığaraq, təcili döyüşlərin dayandırılmasını xahiş etmişdi. Bir sözlə, bu gün Ermənistanın baş naziri həmin dövrdə uğursuzluğa uğradığını ört-basdır etməyə çalışır. Beynəlxalq ictimaiyyətdən Azərbaycan torpaqlarını hələ işğalda saxladığı barəsində məlumatı gizlətməyə çalışır. Hesab edirəm ki, bu uğursuzluq sindromu Ermənistan rəhbərliyinin üzərində durur. Paşinyan başa düşür ki, əgər Qarabağ məsələsində bir ciddi addım ata bilməsə, onu da Sərkisyanın taleyi gözləyir. Bu baxımdan onun yalan və böhtanlarla dolu çıxışı dünya ictimaiyyətini aldada bilməz. Beynəlxalq təşkilatlar indiyə qədər dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi barədə Ermənistana çağırış edibdir. Reallıqda Azərbaycan torpaqlarında Ermənistan qoşunları var və Ermənistanın baş nazirinin necə qiymətləndirməsindən asılı olmayaraq, Azərbaycan bu vəziyyətlə heç vaxt razılaşmayacaq”, - deyə A.Mirzəzadə bildirib.

Hikmət Hacıyev ile ilgili görsel sonucu

Rəsmi Bakı da öz növbəsində Paşinyanın BMT Baş Məclisinin ümumi müzakirələr hissəsində çıxışına münasibət bildirib. Prezident Administrasiyası (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan baş naziri tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi, hüquqi və tarixi aspektləri BMT tribunasından tamamilə təhrif olunmuş şəkildə təqdim olunub.

O qeyd edib ki, bu ilin avqust ayında Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində çıxış edərək, Azərbaycanın işğal edilmiş ərazilərinin anneksiyasına çağıran və bununla, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbə vuran Ermənistan rəhbərliyi indi BMT tribunasından “sülhpərvər” görünməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd göstərir: “Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir. 5 iyul 1921-ci ildə Kommunist Partiyasının Mərkəzi Komitəsi Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar verib. Ermənilərin yalan iddialarına baxmayaraq, burada ”Dağlıq Qarabağın Azərbaycana verilməsi" kimi ifadədən istifadə olunmayıb. Keçən əsrin 80-ci illərindən başlayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) açıq iddialar irəli sürmüş, zorakı əməlləri və təcavüzkar separatizmi aktiv şəkildə  dəstəkləyib. Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılmasının sovet qanunlara zidd olması hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənib. Azərbaycan müstəqillik əldə etdikdə, həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu. Dağlıq Qarabağın “Ermənistana birləşdirilməsi” və ya “müstəqilliyi”nin əldə edilməsi ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş uti possidetis prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində əsassızdır. Uti possidetis prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycan müstəqilliyini əldə etməmişdən öncə sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib. İkincisi, Ermənistanın baş naziri BMT tribunasından danışdığı halda, BMT Nizamnaməsi əsasında ölkəsinin öz üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozması faktının üzərindən sükutla keçir. Xatırlatmaq istərdik ki, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən “bütün dövlətlər digər dövlətin ərazi bütövlüyə və ya suverenliyinə qarşı” gücdən istifadə və ya gücdən istifadə ilə hədələməkdən çəkinməlidir". II Dünya müharibəsinin yekunlarına dair Beynəlxalq Nurenberq Məhkəməsinin qərarları, BMT Nizamnaməsinin “Sülhə təhlükələr, sülhün pozulması, təcavüz aktları ilə bağlı fəaliyyət” adlanan VII fəslinə əsasən işğal və hərbi təcavüz ciddi beynəlxalq cinayət kimi müəyyən olunub".

Dövlət rəsmisi Ermənistanın diqqətinə kağız üzərində qalmış BMT qətnamələrini də çatdırıb. Beynəlxalq birlik bu qətnamələrin həllini tələb etməsə də, günün birində məhz Azərbaycan ordusu qətnamələrin icrası missiyasını öz üzərinə götürəcək, rəsmi İrəvanın davranışları o günə çox qalmadığını deməyə əsas yaradır...//musavat