​Bələdiyyə sədri kəndin örüş sahəsini zəbt edib - ŞİKAYƏT / VİDEO

Baxış sayı:
4558

Göyçay rayon, Qaraxıdır kənd sakini İsrafilov Əlövsət Əjdər oğlu və bir qrup kənd sakini tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Şikayətçilər bildirirlər ki, Qaraxıdı Bələdiyyəsinin sədri  İbrahimov Qurban İbrahim oğlu kəndin örüş sahəsini, yəni 60 hektar torpaq sahəsini qeyri-qanuni şəkildə zəbt edərək, satışa çıxarıb.
Sakinlər deyir ki, bununla bağlı Prezident Administrasiyasın edilən müraciətdən sonra, Bələdiyyə sədrinə ərazinin örüş sahəsi üçün açılması göstərişi verilsə də, Q.İbrahimov PA-nın göstərişinə əməl etmir.
“Kənd camaatı olaraq təngə gəlmişik”, - deyən şikayətçilər yetkili qurumlara bir daha müraciət edərək, onları problemlərinin həllinə dəstə verməyə çağırırlar.
Daha ətraflı aşağıdakı vedeoda izləyə bilərsiniz:

Jalə FAMİLQIZI,
Hurriyyet.az