"BİZ YENİDƏN AYAQDAYIQ" - Co Bayden qələbə qazandı...

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden (Joe Biden) ABŞ-da bu il keçiriləcək prezident seçkilərinə Demokrat partiyasından namizədliklərini irəli sürmək istəyən iddiaçıların Cənubi Karolina ştatında keçirilən yarışında ilk ciddi qələbəsini qazanıb.
Joe Biden rəqiblərini böyük səs fərqiylə qabaqlayıb.
İlkin nəticələrə əsasən, Joe Biden 48,4% səs toplayaraq 19,9% səs toplamış əsas rəqibi Bernie Sanders-i böyük üstünlüklə geridə qoyub.
Demokrat partiyasından ABŞ prezidentliyinə namizədlər arasında Cənubi Karolina ştatında keşirilmiş yarışda üşüncü nəticəni milyarder Tom Steyer göstərib - o, 11,3% səs toplayıb.
Öz tərəfdarları qarşısında qələbə xəbərindən sonra çıxış edən dən Joe Biden deyib ki, Cənubi Karolinada keçirilən səsvermə onun seçki kampaniyasına yeni start verib."Cəmi bir neçə gün əvvəl mətbuat və politoloqlar kampaniyamın bitdiyini söyləyirdilər, - Joe Biden deyib. - İndi sizin sayənizdə, Demokratik partiyasını dəstəkləyənlərin sayəsində biz udduq və böyük qələbə qazandıq. Və biz yenidən ayaqdayıq!"