“Bavariya” dünya çempionunu rekord qiymətə heyətinə qatdı

Baxış sayı:
10621

Almaniyanın “Bavariya” klubu İspaniyanın “Atletiko” komandasının futbolçusu Lukas Ernandesi heyətinə qatıb.
Almaniya klubu 23 yaşlı Ernandes üçün  “Atletiko”ya 80 milyon avro ödəyib. Müqavilə 2024-cü ilə qədər qüvvədə olacaq.
Muxalifet.az xəbər verir ki, ulduz futbolçu  iyulun 1-dən yeni komandasına qoşulacaq. 
 Lukas Ernandes 2014-cü ildən “Atletiko”nun şərəfini qoruyur.
 O, 2018-ci ildə keçirilmiş dünya çempionatının qızıl mükafatçısıdır.