Başçıya sui-qəsdlə bağlı 3 nəfər həbs edildi, 21 nəfərə...
13-07-2018 14:05
Baxış sayı:
2890

Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlayıb, 3 şəxs həbs edilib. Digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Muxalifət.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
“Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib” – məlumatda qeyd olunub.