Meksikanın Verakrus ştatının Koaçakoalkos şəhərində bara hücum zamanı öldürülənlərin sayı 30 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Səhiyyə Nаzirliyi məlumat yayıb.
Bildirilir ki, hücum zamanı yanıq xəsarəti almış gənc xəstəxanada ölüb. Məlumata görə, daha 3 yaralı xəstəxanada müalicə olunur.
Hüquq-mühafizə orqanları cinayətlə bağlı təhqiqatı davam etdirirlər. Hadisəni törədənlərin saxlanılması barədə məlumat yoxdur. Meksika prezidenti Andres Manuel Lopes Obrador müqəssirlərin cəzalandırılacağını vəd verib.