​Bakıdakı turnirin qalibi: Bakı Britaniya KİV-də deyildiyi kimi deyil

Baxış sayı:
5377

Yarışın qalibi oldum. Bakıdakı Qran-Pri turniri yüksək səviyyədə təşkil olunub. 
Bunu açıqlamasında Bakıda keçirilən paracüdo üzrə Qran-Pri turnirində qızıl medal qazanan iranlı Vahid Nuri söyləyib. 
90 kq çəki dərəcəsində finalda Azərbaycan təmsilçisi Rövşən Səfərovu məğlub edən idmançı Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak etmək istədiyini deyib: 
“Bir aydan çoxdur ki, Bakıdakı yarışa hazırlaşırdıq. İnanıram ki, bundan sonra da yaxşı nəticələr əldə edəcəyəm. Olimpiadada çıxış etmək niyyətindəyəm”. 
Vahid Nuri Bakı haqqında da xoş fikirlər söyləyib: 
“Şəhəri gəzdik. Bura xoşumuza gəlir. Bakının təhlükəsizliyi çox yaxşıdır. Burada heç bir narahatçılığımız olmadı. Bakını bəyənirik. Britaniya mətbuatında deyildiyi kimi, Bakı təhlükəli şəhər deyil. Özümü burda İrandakı kimi hiss etdim”.