Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb
13-07-2018 14:41
Baxış sayı:
2749

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com verilən məlumata görə, iyulun 12-də saat 16 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Mübariz Səttarov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəlal Əlirzayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.