Bakıda tələbələr arasında DAVA: ÖLƏN VAR

Baxış sayı:
5158

Bakıda tələbələr arasında dava ölümlə nəticələnib. Muxalifet.az ona-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı yıxılaraq başından zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Q.Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.