​Bakıda skeleti tapılan qadın tanınmış şəxs imiş

Baxış sayı:
3376

Bakı şəhərində mənzildən meyit tapılıb.
Muxalifet.az-ın məlumatına görə, paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 33/35, mənzil 9 ünvanında skeletləşmiş qadın meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovna olması müəyyənləşdirilib.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Araşdırma nəticəsində bəlli olub ki, Kosyançuk əməkdar incəsənət xadimidir.
2007-ci ildə Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adını verib. Yeri gəlmişkən, Kosyançuk yaşadığı və cəsədinin aşkarlandığı ev də vaxtilə ona dövlət başçısı tərəfindən hədiyyə edilib.