Bakıda Formula 1-də zəncivari qəza - 3 PİLOT YARIŞI DAYANDIRDI

Baxış sayı:
3040

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, yarış zamanı üç bolid toqquşub. Belə ki, “BWT Arden” komandasının xanım pilotu Tatiana Qalderon, “Trident” komandasının pilotu Ralf Trident və “Carlin” komandasının pilotu Luiz Deletrazın idarə etdiyi bolidlər toqquşub.

Hər üç pilot yarışı yarımçıq dayandırmalı olub.

Qeyd edək ki, Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışa start verilib.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.