Bakıda 22 yaşlı qızı avtomobil vurub
8-09-2017 08:54

Aksana Nadirova xəstəxanaya yerləşdirilib
Bakıda gənc qızı avtomobil vurub.
Hadisə Nizami rayonunda baş verib.
Belə ki, metronun "Neftçilər" stansiyasının yaxınlığında 10-SG-125 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Nadirova Aksana Sabir qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.
Fakt araşdırılır./report