​Bakı-Xudat marşrut avtobusu aşıb – Xəsarət alanlar var

Baxış sayı:
2467

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Xudat marşrut avtobusu Zarat kəndi ərazisində (81-ci kilometr) idarəetməni itirərək, yol kənarına aşıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bəziləri tibbi yardımdan imtina etsə də, sərnişinlərdən 1970-ci il təvəllüdlü İlqar Axundov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.