Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasiminin vaxtı açıqlandı
11-09-2017 14:28

"Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir".
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov AZƏRTAC-a açıqlamasında bildirib.
"Hər hansı texniki problem yaranmasa, Bakı-Tbilisi-Qars planlaşdırılmış dəmir yolu xəttinin rəsmi açılış mərasimi oktyabrın 28-də keçiriləcək", - deyə o bildirib.