Bakı metrosunda QANLI HADİSƏ: qatarda bıçaqlandı - VİDEO

Baxış sayı:
8812

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, yaralanan şəxs təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
“Hadisə qatar “28 May” stansiyasından “Gənclik” stansiyasına gələrkən saat 16:00 radələrində baş verib. Şəxsiyyəti məlum olmayan bir nəfər Şəmistan Quliyevi döş qəfəsindən bıçaqla yaralayıb. Dərhal təcili yardıma məlumat verilib. “Gənclik” stansiyasında təcili yardım briqadası oğlana ilkin yardım göstərərək xəstəxanaya aparıb. Hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil”.
B.Məmmədov bildirib ki, hazırda Metropoliten Polisi həmin şəxsin səxsiyyətini müəyyən etmək üçün araşdırma aparır.

***

Bakı metrosunda qan düşüb.
"28 May” stansiyasından "Gənclik” stansiyasına gedən qatarda naməlum şəxs bir nəfəri bıçaqlayıb.
Hadisəni törədən şəxs növbəti stansiyada düşüb, qaçıb.
Bıçaqlanan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir. (yeniçağ)
Bıçaqlanan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.