​Azərbaycanlı milyonçu 7 saytı məhkəməyə verdi

Azərbaycanlı iş adamı, şair Gülağa Qəmbərov (Tənha) 7 mətbu orqanı məhkəmə verib.
Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki, Gülağa Qəmbərov   bir neçə saytdan yarım milyon manat və haqqındakı yazıların silinməsi, təkzib verilməsi və üzr istənilməsini tələb edir. G.Qəmbərov iddia ərizəsində Bakipost.az saytının baş redaktoru Elçin Zahiroğlu, Qafqazinfo.az saytının baş redaktoru Elnur Məmmədli, Azpolitika.az saytının baş redaktoru Elnur Məhərrəmli, Veteninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı, Cebhe.info saytının baş redaktoru Elnarə Kərimova, Mediaxeberleri.az saytının baş redaktoru Ələddin Kəsəmənli və Milletinsesi.info MMC-ni cavabdeh şəxs qismində prosesə cəlb edib.
G.Tənhanın iddia ərizəsi avqustun 7-də Yasamal rayon məhkəməsi tərəfindən geri qaytarılıb və icraata götürülməyib. Milyonçu şair qərardandan şikayət edib və növbəti dəfə onun ərizəsi icraata qəbul edilib. Prosesə hakim Ayaz Məmmədov sədrlik edir, məhkəmə sentyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, G.Qəmbərov “Real MTK” təsisçisi  İlham Qasımovun ona 19,5 milyon manatını dələduzluq yolu ilə mənimsədiyi ilə bağlı şikayət edib. Bununla bağlı İlham Qasımov həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  İ.Qasımov 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi ilə bu cəzanı 3 il azaldıb.