Azərbaycanla Qərbin münasibətlərinin gərginləşməsi kimə sərf edir?

Avqustun ikinci yarısından başlayaraq Azərbaycanda və Azərbaycanın ətrafında bir sıra əlamətdar siyasi hadisələr baş verməyə başlayıb. Azərbaycanın ətrafındakı beynəlxalq vəziyyət və Azərbaycanın geosiyasi mövqe seçimi uğrunda mübarizə ölkədaxili siyasi proseslərdə də özünü göstərməyə başlayıb.
Ölkədəki sakitliyin dəyişilmə nöqtəsini əmniyyətlə avqustun 16-sı tarixini hesab eləmək olar, bu tarixdə Azərbaycan Vergilər Nazirliyinin Vergi Cinayətləri İlkin İstintaq İdarəsinin əməkdaşları müxalifətçi “Turan” informasiya agentliyində axtarışa başladılar. Səkkiz gün sonra, avqustun 24-də müxalifətçi saytın baş direktoru Mehman Əliyevi istintaq təcridxanasına apararaq, burada ona Azərbaycan CM-nin iki maddəsi üzrə ittihamlar irəli sürülüb – o, vəzifə səlahiyyətlərindən sui-istifadə eləməkdə və vergilərdən böyük miqdarda vəsait yayındırmaqda günahlandırılır.
“Turan” – Qərb tərəfindən müstəqil agentlik kimi tanınan yeganə  belə bir qurum idi. Onu Azərbaycanda tanıyır və başa düşürdülər və buna görə də ona toxunmaq olmazdı. Müəyyən elitalar (onların barəsində sonra danışcağıq) Mehman Əliyevin həbsinin nələrə səbəb olacağını başa düşürdülər – bu, Qərb strukturları tərəfindən Azərbaycana təzyiq, Azərbaycan ilə Qərbin  münasibətlərinin pisləşməsi ilə nəticələnə bilər – və bununla belə, ölkənin imicini kölgədə qoyaraq, bu addımı atdılar. Niyə? Bu, hansı qüvvələrə sərf edir?
Növbəti əlamətdar hadisə, avqustun 24-də ATƏT-in amerikalı həmsədri Riçard Hoqlandın Qarabağ münaqişəsi ilə bağlı verdiyi, Azərbaycan cəmiyyətini həyəcanlandıran və Azərbaycanın xeyrinə olduğu qəbul edilən bəyanat oldu.Rusiya XİN şoka düşdü. Amerikalı həmsədr tərəfindən belə bir bəyanatın gözlənilməzlik effektini heç kim proqnozlaşdıra bilməzdi. Axı, rusiyalı həmsədr İqor Popov öz bəyanatlarında Qarabağda hansısa sülhməramlılardan və ya “yaşıl adamcıqazlar”dan başqa heç nəyin lobbiçiliyi ilə məşğul olmurdur.Burada isə Amerika tərəfi, Rusiyanın beş rayon mövqeyindən fərqli olaraq, bir dəfəyə düz yeddi rayonun qaytarılmasına razıdır. Getdikcə məsələ böyüyür, vəziyyət gərginləşir və Hoqlandın bəyanatından düz 3 gün sonra, avqustun 27-də Giləzi silah anbarında ağlasığmaz, tamamilə təsadüfi şəkildə partlayış baş verir. Burada rusiyalı teleaparıcı Dmitri Kiselyevin məşhur sual-cavabı yada düşür: “Təsadüf? Məncə, yox!” Bəlkə də, elə kimsə, “beşinci kolon”un əli ilə  bu partlayışı təşkil edib və bu yolla Azərbaycanı qorxutaq və ona təzyiq göstərmək istəyir?
Lakin, Azərbaycan ətrafında “oyun” bununla bitmir. Növbəti daha artıq diqqətə layiq olan daha bir əlamətdar hadisə - sentyabrın 6-da baş verir. Britaniyanın “Qardian” qəzetində “Azərbaycan landromatı” adlı material çap edilir – yazıda guya Azərbaycan hakimiyyətinin prezident sekilərində, Azərbaycanda insan hüquqları barədə qətnamələrdə öz maraqlarını təbliğ eləmək və s. üçün avroməmurları satın aldığından bəhs edilir.
Bununla yanaşı, biz həm də məqalə müəllifi olan jurnalist Roman Aninin müsahibəsini görürük. Müəllif burada bir neçə maddəni xüsusi vurğulayır: a) hakimiyyətin legitimliyini sual altına qoyur; b) Britaniyada və Aİ ölkələrində beynəxalq təhqiqarlar aparılmasını tələb edir.
Yenə də məntiqli düşünsək, Azərbaycan Tramp administrasiyası ilə konstruktiv münasibətlər qurmağa başlayıb. Sonra Azərbaycan öz hesabına qaz layihəsi tikintisinə başlayır – bu isə Rusiyanın Avropa bazarındakı monopoliyasına alternativdir, həmçinin, Türkimənistanı dilə tutub bu layihəyə cəlb edir və bundan ötrü, Avrasiya İnkişaf Bankından və digər Qərb maliyyə srukturlarından bahalı kreditlər götürür. Digər tərəfdən isə, Qərbin özü Hoqlandın simasında Qarabağ münaqişəsi kimi məsələdə Azərbaycana sarı reverans edir. Bəs, niyə Qərb KİV-si qəflətən bu cür materialları dərc edib Bakı ilə münasibətləri korlamaq fikrinə düşsün? Bəlkə də bu proses, Azərbaycanla Qərbin münasibətlərində “Troya atı”na çevrilmək istəyən hansısa başqa ölkələrə sərf edir? Bu proses hansı ölkəyə  daha çox sərf edir? Təsadüfən, Rusiya olmasın? Buradan haqlı olaraq belə bir sual çıxır ki, əgər Rusiyadırsa, niə orada Rusiya Müdafiə Ekspotu kimi hörmətli idarənin adı pulların yuyulmasında hallanır? Tamamilə doğrudur, bu material məhz Rusiya xüsusi xidmət orqanları tərəfindən peşəkarlıqla hazırlanıb və Azərbaycanla Qərbin münasibətlərinin pozulması məhz onlara lazımdır. “Rosoboronoeksport” anlayışı isə - yalnız diqqəti özündən qaçırmaq üçündür. Gəlin, diqqət yetirək. Azərbaycan hakimiyyətinin Qərbdən tənqid edilməsindən sonra, “Rosoboronoeksport” ilə Azərbaycan arasında guya ki, hansısa məxfi ödəmələr olduğu barədə “Guardian” və digər Qərb KİV-də dərc edilən “feyk” (yalançı) məlumatlar barədə sualın cavabında, Mariya Zaxarovanın simasında Kələntəryanın XİN-i rəsmi açıqlama verərək, Qərb Rusiyanın müttəfiqlərinə, o cümlədən Azərbaycana təzyiq göstərdiyini bəyan eləyir.
Zaxarova demişdi: “Baş verənlər Qərbin Rusiyanın müttəfiqlərin təzyiq göstərdiyini göstərir. Mənə elə gəlir ki, bu, bir neçə istiqamətdə çox güclü informasiya təzyiqinin göstərilməsi deməkdir. Bu, Rusiya jurnalistlərinə qarşı fəalliyyət – informasiya məkanından praktiki sıxışdırılma, akkreditasiyaya almamaq, buraxmamaq, bağlama təhdidlər, yayımın dayandırılması, kabel, peyk şəbəkələrindən çıxarmaq və s. deməkdir. Bu, mətbuatda dərc edilən böyük miqyaslı yalan xəbərlərin hesabına həyata keçirilir. Belə şeylərə müntəzəm şəkildə reaksiya verməyə çalışırıq”.
Bəs, bu xəbəri işıqlandıran Rusiyanın federal KİV-i deyildimi? Azərbaycan doğrudan da, Rusiyanın müttəfiqidirsə, onda xanım Zaxarovaya və ya cənab Peskova “bəs niyə sizin dövlət KİV-niz bu böhtanı tirajlayırdılar?” sualını vermək ədalətli olardı. Bəlkə, bu plan həqiqətən də əvvəlcədən belə hazırlanmışdı?
Hər halda, bu gün biz, Qərb KİV-də dərc edilən bütün bu materialların nəticəsini görürük. Materialın sifarişçiləri Azərbaycan ilə Qərb arasındakı münasibətləri gərginləşdirə bildilər, buna qarşı isə rusiyapərəst elita, Bakının Moskva ilə daha da yaxınlaşmalı olduğunu daha tez-tez eşitdirməyə başlayıb. Halbuki, rusiyapərəst “beşinci kolon”dan heç kəs, Rusiyanın bu gün özünün özünə xeyrinin olmadığı bir vaxtda Azərbaycana nə fayda verəcəyi sualına aydın cavab verə bilməz.

Muxalifet.az