Azərbaycanda avtobusda İNANILMAZ CİNAYƏT: arvadının yanında öldürdülər
27-12-2017 18:14
Baxış sayı:
1144
Bu gün Cəlilabad rayonunda dəhşətli qətl törədilib.
Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, saat 14 radələrində rayon mərkəzindən Uzuntəpə kəndində gedən yolda hərəkətdə olan marşrut avtobusunda 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Əhməd oğlu həmyerlisi Rakif Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisə qəfil baş verdiyindən avtobusdakı sərnişinlər müdaxilə edə bilməyib. Sürücü yaralını xəstəxanaya çatdırsa da, artıq gec olub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 18 yaşlı Əvəz Həmzəyev polisə təslim olub.\
Bildirilir ki, R.Hüseynov qətlə yetirilərkən avtobusda onun həyat yoldaşı da olub.
Araşdırma aparılır.