Azərbaycan və Ermənistan üzərindən yeni xətt – İran planını açıqladı
13-08-2018 16:10
Baxış sayı:
6550

İran Rusiyaya elektrik enerjisi ixrac etmək üçün Azərbaycan və Ermənistanla danışıqlar aparır.
Muxalifet.az xəbər verir ki, bunu İranın energetika naziri Reza Ardakanyan deyib.
“Artıq bu iki ölkə ilə danışıqlara başlamışıq”, - iranlı nazir bildirib.
Onun sözlərinə görə, İran Avropanın elektrik şəbəkəsinə qoşulmaq niyyətindədir: “Bu xətt şimal qonşularımızın – Azərbaycan və Ermənistan vasitəsilə qoşulmaq istəyirik”.