Azərbaycan şəhərində DƏHŞƏTLİ YANĞIN: 300 obyekt yanır – Video

Baxış sayı:
7054

Güney Azərbaycanın Təbriz şəhərində tarixi bazarda dəşətli yanğın başlayıb. Təbrizin Üstüörtülü bazarında başlayan yanğın zamanı hazırda yanğınsöndürənlərdən birinin ciddi xəsarət aldığı bildirilir. Yanğın bazarın İkiqapılı sarayında baş verib və digər ərazilərə yayılıb. Hazırda Başmaqçıbazar, İkiqapılı saray, Yanıqdalan və Sadiqiyyə əraziləri yanır. Yanğının təxminən 300 ticarət obyektini əhatə etdiyi günam edilir. Bu, son illərdə Təbrizdə baş verən ən böyük yanğındır. Təbrizin İmam-cüməsi, icra hakimi və digər yetkililər hadisə yerindədir./Axar.az