"Azərbaycan əsgəri dayandırılmasaydı, Paşinyanın arvadına da "salam" verəcəkdi" - Xocalının deputatı

Baxış sayı:
9358

“Nikol Paşinyan növbəti dəfə beynəlxalq qurumları aldatmaq fikrinə düşüb”.

Bunu "Eurasia Diary"-yə açıqlamasında Xocalını təmsil edən deputat Elman Məmmədov Ermənistanın Baş Naziri Nikol Paşinyanın Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyanın 74-cü sessiyasında çıxışı zamanı "Azərbaycan aprel döyüşlərindəki uğursuz cəhdlərin qisasını almaq istəyir" fikrinə münasibət bildirərkən deyib.

"Nikol Paşinyan Los-Ancelesə sülənməyə, dilənməyə gedəndə - elə belə də yazarsınız - göydə təyyarələrin arxasınca gedən yazılara baxıb utanıb ölmədi, heç xəcalət çəkmədi? Los-Ancelesdə, Kaliforniya ştatında yarım milyondan çox erməni yaşayır, yəni Amerika Birləşmiş Ştatlarında və dünyanın bir çox yerlərində kompakt erməni yaşayan, ən çox siyası, maliyyə gücləri olan bir qurumdur, diaspordur. Azərbaycanın baş konsulluğunun, azərbaycanlıların Nikol Paşinyana qarşı elədikləri aksiya elə belə deyildi. Los-Ancelesdə şəhərin içi ilə ermənilərin törətdikləri soyqırım və cinayətlərdən bəhs eden plakatlar ABŞ-ın razılığı ilə Nikol Paşinyana vurulan tərs şillə idi. Nikol Paşinyan ondan sonra axmaqlamağa başladı.

Image result for Elman Məmmədov

Aprel döyüşlərindəki həqiqətlər təbii ki, məlumdur. Ermənistana lap dərindən məlumdur. 500-ə qədər erməni dığasının meyitinin erməni evlərinə getməsi, dağıdılan hərbi texnikalalar, yüksək çinli zabitlərinin ölümü Nikol Paşinyana deyəsən bəs etmədi. Təbii ki, döyüş idi və Azərbaycan tərəfdən də müəyyən qədər itki oldu. Ancaq Azərbaycan onların verdiyi itkilərdən ən azı 10-12 dəfə az itkiyə məruz qaldı. Yəni Azərbaycan əsgəri gücünü göstərdi. Onların 30 il ərzində qurduqları, möhkəmləndirdikləri müdafiə istehkamları darmadağın oldu. Qısa bir müddətdə Azərbaycan əsgəri əmr ilə dayandırılmasaydı, yəqin ki gedib Nikol Paşinyanın evinə də çatıb arvadına da "salam" verəcəkdi. Nikol Paşinyan bunlardan ibrət götürmür, abrı, həyası yoxdur. Mən hesab edirəm ki, Nikol Paşinyana və onun ətrafındakılara Azərbaycan ordusu tərəfindən daha güclü, daha təsirli zərbələr vurulmalıdır. İnşallah bu yaxın vaxtlarda vurulacaq da! O zaman Nikol Paşinyan başa düşəcəkdir ki, nə var nə yox...", - deyə Elman Məmmədov bildirdi.