Axtarış

The search found 105779 results in 0.013 seconds.

Search results

  1. Məhərrəm Əliyev vəzifəsindən azad olunub

    General-leytenant Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunub.
     
    Prezident Administrasiyasının strukturunda edilmiş son dəyişikliklə Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidməti ləğv olunub.
     Bununla əlaqədar həmin xidmətin müdafiə məsələləri şöbəsi də avtomatik ləğv olunmuş, M. Əliyev isə şöbə müdiri vəzifəsini itirmiş sayılır.
     O, hələlik yeni təyinat almayıb.

    Muxalifet - 1-06-2017

  2. Şərur Rayon İcra Hakimiyyətinin başçısı dəyişib

    Prezident İlham Əliyev İbrahim Məmmədovun Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
     
    Prezidentin digər sərəncamı ilə Kamal Cəfərov Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Muxalifet - 1-06-2017

  3. Kvirikaşvili də Əfqan Muxtarlı ilə bağlı danışdı

     Gürcüstanın baş naziri ictimaiyyəti Əfqan Muxtalının işi üzrə vaxtından əvvəl nəticə çıxarmamağa çağırıb
     
    Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ictimaiyyəti azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanması işi üzrə vaxtından əvvəl nəticələr çıxarmaqdan çəkinməyə çağırıb, Gürcüstan onlayn məlumat verir.

    Muxalifet - 1-06-2017

  4. Putin sui-qəsdlərdən danışdı: “Bilirsiniz niyə sağam?”

    Mən öz təhlükəsizlik xidmətimə inanıram.
     
    Bu sözləri Rusiya Prezidenti Vladimir Putin rejissor Oliver Stouna müsahibəsində deyib. CBS teleşirkətinin saytında yayımlanan müsahibədə Putin qeyd edib ki, o öz işi ilə məşğuldur, təhlükəsizlik xidmətinin əməkdaşları isə öz işləri ilə və indiyə qədər hər şey qaydasında olub.
    Stoun Putinə qarşı 5 sui-qəsdin olduğunu xatırladıb. “Əlbəttə, bu, Fidel Kastroya qarşı sui-qəsdlər qədər deyil – o, belə vəziyyətlə 50 dəfə rastlaşmışdı”, - rejissor bildirib.

    Muxalifet - 2-06-2017

  5. RUS EKSPERTDƏN SENSASİON AÇIQLAMA: "Putini ortadan qaldıracaqlar"

    Qərb liderləri Krımın anneksiyası və Donbas savaşından sonra Rusiya Prezidenti Vladimir Putinin üzərindən xətt çəkiblər.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında rusiyalı ekspert Slava Rabinoviç söyləyib.
    “Onlar anlayırlar ki, bu insanla danışmaq mümkün deyil. Putini ortadan qaldıracaqlar. Bu gün əsas məsələ bunun necə və nə zaman baş verəcəyidir. Putinin hakimiyyətdən getmə prosesindən bütün ruslar əziyyət çəkəcəklər”, – deyə o bildirib.

    Muxalifet - 2-06-2017

  6. "Sosial şəbəkələrdə monitorinq aparılsın" - DEPUTAT

    Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı qadağan olunmuş dərman vasitələrinin sosial şəbəkələrdə reklam edildiyini nəzərə alaraq, bu istiqamətdə monitorinq aparılmasını təklif edib.
    Deputat bildirib ki, sosial şəbəkələrdə qadağan olunmuş dərmanların reklamı aparılır ki, bu da qanunsuzdur.
    “Ancaq buna qarşı heç bir addım atılmır: Təklif edərdim ki, bununla bağlı hansısa monitorinqlər aparılsın. Qanunvericiliyi nə qədər möhkəmləndirsək də, bu məsələdə hələ də boşluq var. Belə hallar aradan qaldırılmalıdır”.

    Muxalifet - 2-06-2017

  7. VAHİD ƏLİYEV NİYƏ “VURULDU”? – “Ordudakı casus işinin rolu ola bilər”

    Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev vəzifəsindən azad olunub. Onun səlahiyyətləri Fuad Ələsgərova həvalə olunub. F.Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.
     
    Bu, kifayət qədər ciddi dəyişiklikdir. Heç şübhəsiz ki, Vahid Əliyevin vəzifəsindən azad olunmasının arxasında Azərbaycan Ordusundakı son proseslərin – “Casus işi”nin rolu var.

    Muxalifet - 2-06-2017

  8. Ermənilərin Azərbaycanda kəşfiyyat-informasiya agentliyi

    Başqa dövlətin ərazisindən jurnalisti əli-qolu bağlı ölkəyə gətirən Azərbaycan hakimiyyəti niyə bu qədər təhlükəli bir faktı görməzdən gəlir?
     
    Azərbaycanda bir sıra media qurumlarının və jurnalistlərin təqibə məruz qaldığı hazırkı dövrdə “Sputnik.az” İnformasiya Agentliyi maneəsiz fəaliyyət göstərir. Bu, “Sputnik.az” saytının yalnız  kifayət qədər maliyyə və maddi-texniki təminata malik olması ilə bağlı deyil. Çünki adı çəkilən kütləvi informasiyasa vasitəsinə lazımi şərait yaradılıb. Daha doğrusu, onu “yuxarı”dan, yəni Kremldən tapşırıblar.

    Muxalifet2 - 2-06-2017

  9. Kamal Abdulla ADU-ya rektor gəldi, Əfqan Abdullayev hara getdi...

    Dünən prezident İlham Əliyev  Prezident Administrasiyasının strukturunda dəyişikliklər edib. Bu dəyişiklik nəticəsində Prezident Adminstrasiyasında müşavirlik institutu, o cümlədən Kamal Abdullayevin tutduğu vəzifə ləğv olunub.
     
    Prezident İlham Əliyevin digər sərəncamına əsasən  Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.
    Qeyd edək ki, bu təyinatadək müddət əvvəl Azərbaycan Dillər Universitetinin rektor əvəzi vəzifəsini Əfqan Abdullayev icra edirdi.

    Muxalifet - 2-06-2017

  10. ​Qarabağda müharibə ssenarisi: "Azərbaycan dərhal Naxçıvandan zərbə endirəcək..."

    Xəbər verildiyi kimi Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu Qarabağ münaqişəsinə dair növbəti irihəcmli hesabatını yayıb. Təşkilatın analitikləri hesab edirlər ki, Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibənin başlanması heç vaxt olmayan qədər yaxındır.
     

    Muxalifet3 - 2-06-2017

  11. Jurnalisti Gürcüstan Təhlükəsizlik Xidməti oğurlayıb? - İDDİA

    Müxalifətdə olan Avropa Gürcüstanı Partiyasının liderlərindən biri Givi Tarqamadze bildirib ki, Tbilisidə azərbaycanlı jurnalistin oğurlanmasını keçmiş baş nazir Bidzina İvanişvilinin qohumu təşkil edib.
     
     Bu barədə newsgeorgia.ge saytı (https://www.newsgeorgia.ge/targamadze-pohishhenie-afgana-muhtarly-v-tbil...) yazıb.

    Muxalifet - 2-06-2017

  12. “Uğur qazanan Azərbaycan gəncliyi olacaq” - YUSİF MƏMMƏDƏLİYEV

    Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, I vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev APA-ya müsahibə verib. Müsahibənin aktuallığını nəzərə alaraq, onu diqqətinizə çatdırırıq.
    Yusuf Məmmədəliyev 1979-cu il 23 yanvar tarixində Bakı şəhərində anadan olub.

    Muxalifet2 - 2-06-2017

  13. “WhatsApp”ın bloklanması 20-30 manata aradan qaldırılır – NAZİRLİKDƏN MÜƏMMALI CAVAB

    Məlum olduğu kimi, may ayının ortalarından bəri Azərbaycanda məşhur internet servisləri olan “Facebook”, “Skype”, “Viber”, “WhatsApp” və digərlərinin səsli və görüntülü zəng funksiyası səbəbləri açıqlanmadan dayandırılıb.
    Bir çox vətəndaşlar, şirkətlər və xidmət sahələri üçün bu hal xeyli çətinliklərə səbəb olub – mobil rabitə ilə əlaqə saxlamaq həm çətin, həm də xeyli xərc tələb edən məşğuliyyətdir.

    Muxalifet2 - 2-06-2017

  14. "Ordudakı ölümləri gizlətmək mümkün deyil" - ERMƏNİ HÜQUQ MÜDAFİƏÇİSİ

    "Ermənistanın Müdafiə Nazirliyi məlumatları məhdudlaşdırmaqla, faktları gizlətməklə orduda baş verən hadisələri ört-basdır etməyə müvəffəq ola bilmədi".
     
    Bunu Tert.am-a hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirib.
    Onun sözlərinə görə, Avropa İnsan Haqları məhkəməsində Ermənistan ordusunda baş verən ölüm halları ilə bağlı bir çox işlər var və həqiqəti məxfilik pərdəsi altında gizlətmək mümkün deyil.

    Muxalifet - 2-06-2017

  15. "Əfqan Muxtarlını Çonkadze küçəsində oğurlayıblar" - İDDİA

    Əfqan Muxtarlı Çonkadze küçəsində marşrut taksisindən endikdən sonra oğurlanıb.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə məlumatı azərbaycanlı jurnalistin həyat yoldaşı Leyla Mustafayeva yayıb. Onun məlumatına görə, Əfqana gürcü dilində danışan iki nəfər hücum edib.
    Ailənin vəkili Çonkadze küçəsində quraşdırılmış videokameralardan görüntüləri almağı tələb edir və bununla bağlı artıq istintaq orqanlarına müraciət edib, xəbəri Gruzia online yayıb.

    Muxalifet - 2-06-2017

  16. “Əfqan Muxtarlını Gürcüstan DTX-nin xüsusi təyinatlı dəstəsi oğurlayıb” - GÜRCÜ SİYASƏTÇİ

    Müxalifətdə olan Avropa Gürcüstanı Partiyasının liderlərindən biri Givi Tarqamadze bildirib ki, Tbilisidə azərbaycanlı jurnalistin oğurlanmasını keçmiş baş nazir Bidzina İvanişvilinin qohumu təşkil edib.
    Cümə axşamı Tbilisidə keçirilən mətbuat konfransında G.Tarqamadze bildirib ki, Əfqan Muxtarlının oğurlanmasını nüfuzlu azərbaycanlı biznesmen, Bidzina İvanişvilinin qohumu Uça Mamasaşvilinin tərəfdaşı sifariş edib.

    Muxalifet - 2-06-2017

  17. ​Bu kəndin fotolarını çəkmək qadağan edildi

    Dünyanın ən gözəl ölkələrindən biri hesab edilən İsveçrədə turistlərə foto çəkmək qadağan edilir.
    Muxalifet.az İstiPress-ə istinadən xəbər verir ki, söhbət təbiət gözəllikləri ilə insanı heyran edən Berqyün kəndindən gedir. Kənd admnistrasiyası səyahət edənlərər yaşayış məntəqəsinin fotolarını çəkməyi buraların olduqca gözəl olduğu üçün etmək istəyir.

    Muxalifet2 - 3-06-2017

  18. Ermənistanda 13 əsgər intihar edib

    Ermənistanda daha bir hərbçi intihar edib.
     
    Ermənistanda nəşr olunan “Lragir” qəzeti belə halların hərbi hissələrdə tez-tez baş verdiyini yazır. Son dörd ayda işğalçı ölkədə 13 hərbçinin intihar etdiyi deyilir. Bildirilir ki, bu faktlar mətbuata sızmasa heç kimin hərbi hissələrdəki vəziyyətdən xəbəri olmayacaq. Çünki bu ölkənin Müdafiə Nazirliyi ciddi cəhdlə belə halları cəmiyyətdən gizli saxlamağa çalışır. Hətta mətbuata hərbi hissələrdə baş verən intihar və qətllər haqqında yazmaq qadağası qoyulub.

    Muxalifet - 3-06-2017

  19. ABŞ Rusiya ilə dialoq istəyir - Ağ Ev

    ABŞ strateji sabitlik üzrə Rusiya ilə dialoqu bərpa etmək istəyir.
     
    Bunu ABŞ prezidentinin xüsusi koməkçisi Kristofer Ford bəyan edib.
    “Biz strateji sabitlik üzrə Rusiya ilə dialoqu bərpa etmək istəyirik. Güman edirik ki, bu bizə tərəflərin hansı mövqedə olduğunu anlamağa yardım edəcək”, - deyə K.Ford bildirib.
    Qeyd edək ki, bu gün Kristofer Ford Vaşinqtonda Silahlara Nəzarət Assosiasiyasının iclasında çıxış edib.

    Muxalifet - 3-06-2017

  20. Çempionlar Liqasının qalibi kim olacaq: Real Madrid, yoxsa Yuventus

    Finalda Yuventusla Real Madrid üz-üzə gələcək
     
    Bu gün futbol üzrə Çempionlar Liqasının final matçı keçiriləcək. Həlledici qarşılaşmada İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları üz-üzə gələcək.
    Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda təşkil olunacaq matçı almaniyalı referi Feliks Brıx idarə edəcək. Saat 22:45-də başlanacaq görüşə "Real Madrid" itkisiz çıxacaq. "Yuventus"da isə Marko Pyatsa və Stefano Sturaro zədəlidir.

    Muxalifet - 3-06-2017

Pages