Axtarış

The search found 105857 results in 0.05 seconds.

Search results

  1. Daha bir marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirildi

    Əliçıraq yaşayış massivinin sakinlərinin çoxsaylı xahişlərini və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX )592 saylı marşrut xəttinin hərəkət trayektoriyasını dəyişdirərək aşağıdakı şəkildə yeni istiqamət müəyyən edilməsi ilə bağlı sərəncam verib.

    Muxalifet - 6-12-2019

  2. "Azərbaycan elə bilməsin ki, Njdenin heykəli ilə erməniləri Rusiyanın gözündən salacaqlar...” - Zatulin

    Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin erməni sevgisi o qədər sərhədsizdir ki,  Qaregin Njdenin müdafiəsinə qalxaraq onun haqqında Rusiyada səhv fikir formalaşması barədə böyük bir məqalə yazıb və onun bir qəhrəman olduğunu fəxrlə vurğulayıb. Njdenin Türkiyəyə qarşı olduğunu və guya faşist Almaniyasının Türkiyəyə hücum etməsini xahiş etmək  məqsədilə onlarla münasibət qurduğunu əsaslandırmağa çalışıb.

    Muxalifet - 6-12-2019

  3. Bəs, Naxçıvan parlamenti niyə buraxılmadı?

    Prezident İlham Əliyev dünən 2020-ci il fevral ayının 9-da ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda sərəncam imzalayıb. Milli Məclisdə çoxluğu təşkil edən Yeni Azərbaycan Partiyası (YAP) parlamentin buraxılması təşəbbüsü ilə ölkə Prezidentinə müraciət ünvanlayıb. Prezident İlham Əliyev bu təklifin Konstitusiyaya uyğunluğu ilə bağlı rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Dekabrın 4-də Konstitusiya Məhkəməsi parlamentin buraxılmasının Konstitusiyaya uyğun olması barədə rəy verib.

    Muxalifet - 6-12-2019

  4. Vilayət Eyvazov DYP barədə göstəriş verdi - FOTO

    Müasir dövrdə sosial şəbəkələrin həyatımızda əhəmiyyətli rol oynadığı danılmazdır. İnformasiya mənbələri içərisində bir çox kriteriyalar üzrə rəqib tanımayan sosial şəbəkələrə maraq isə günü-gündən artmaqdadır. Muxalifet.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən Daxili İşlər Nazirliyində də bu tendensiya nəzərdən qaçmamış və artıq uzun müddətdir ki, əhalinin məlumatlandırılmasında məhz sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir.

    Muxalifet - 6-12-2019

  5. Kirayə evlərə sahib olmaq istəyənlərin nəzərinə - ŞƏRTLƏR MƏLUM OLDU

    Azərbaycanda dövlət tərəfindən mənzillərin kirayə üsulu ilə necə satılacağı dəqiqləşib.

    Muxalifet - 6-12-2019

  6. "WhatsApp" istifadə edənlər diqqət! - bu tarixdən etibarən qadağan ediləcək

    “WhatsApp” istifadəçilər üçün yeni bir dəyişiklik edir.

    Muxalifet.az xəbər verir ki, “WhatsApp” vasitəsilə göndərilən toplu mesajların sui-istifadə edilməsinə görə 7 dekabrdan etibarən bu xüsusiyyət qadağan ediləcək. “WhatsApp” reklam şirkətlərinin istifadəçiləri toplu mesajlarla narahat etdiyi üçün bu dəyişikliyi edir. 

    Şirkət həmçinin xidmət şərtlərini pozan istifadəçilərə qanuni tədbir görəcəyini də bildirib.

    Muxalifet - 6-12-2019

  7. Yeni İldə dolları nə gözləyir? – Məzənnənin qalxma ehtimalı...

    Hər Yeni il ərəfəsində ölkədə dollara olan tələbat artır. Bu, müxtəlif iqtisadi səbəblərlə izah edilir.  Əsas səbəblər sırasında isə dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlarla bağlı olaraq xarici səfərlər yer alır. 

    Muxalifet - 6-12-2019

  8. Bu deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR

    Ölkə Prezidentinin sərəncamı ilə 5 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisi rəsmən buraxıldı, 9 fevral 2020-ci il tarixinə isə növbədənkənar parlament seçkisi təyin edildi. Maraqlıdır, Milli Məclisin hazırkı bitərəf deputatları növbədənkənar seçkidə namizəd olmaq istəyəcəkmi? Modern.az saytı Milli Məclisin bitərəf deputatlarından bəzilərinin məsələyə münasibətini öyrənib.

    Muxalifet - 6-12-2019

  9. Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksiniz

    "Telefon söhbəti deyil, sonra danışarıq" deyib şübhə ilə yanaşdığımız smartfonlar, həqiqətənmi, belə təhlükəlidir? Xarici filmlər, YouTube və yaxınlarımızın bizdə yaratdığı o telefon qorxusu gözləntilərimizi doğruldurmu?
    Muxalifet.az
    ted.az-a istinadən həmin qorxunu yox edəcək yolu sizə təqdim edirik:

    * # 21 #

    Muxalifet - 6-12-2019

  10. Baş nazir valideyn himayəsindən məhrum uşaqlarla bağlı QƏRAR İMZALADI

    Nazirlər Kabineti “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda dəyişiklik edib.
    Muxalifet.az
    -ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
    Nazirlər Kabineti qərara alıb ki, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na əlavə olunsun.  

    Muxalifet - 6-12-2019

  11. Fatih Terimdən gözlənilməz qərar: 5 futbolçunu göndərir

    “Qalatasaray” Türkiyə kubokunun 5-ci turu çərçivəsində öz evində keçirdiyi matçda 2-ci liqa komandası “Tuzlaspor”a 2:0 hesabı ilə məğlub olub.
    Muxalifet.az
    xəbər verir ki, azarkeşləri şoka salan bu nəticədən sonra baş məşqçi Fatih Terim 5 futbolçunu komandadan göndərmək qərarına gəlib.

    Muxalifet - 6-12-2019

  12. Deputatlığa namizəd olmaq istəyənlərin DİQQƏTİNƏ - Bu gündən başlandı

    Ötən gün prezident İlham Əliyev Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda sərəncam imzaladı və seçki 2020-ci il fevral ayının 9-na təyin olundu. Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, Seçki Məcəlləsinin tələblərinə görə seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra namizədlər irəli sürülə bilər. Bu gün prezidentin sərəncəmı rəsmi mətbuatda dərc olunub və Seçki Məcəlləsinin (3, 53, 54, 146-cı maddələr) verdiyi hüquqlara görə bu gündən başlayaraq namizədlərin irəli sürülməsi mümkündür.

    Muxalifet - 6-12-2019

  13. ​Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi RƏSMƏN TALANIR... - İTTİHAM

    Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli 2592 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən bu qurum fəaliyyətə başlamış, 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə onun əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır.

    Muxalifet - 6-12-2019

  14. Londonda maşınla vurulub ölən milyarderlə bağlı müəmma - QƏSD ŞÜBHƏSİ VAR, POLİS ŞAHİDLƏRİ AXTARIR...

    49 yaşlı rusiyalı milyarder Dmitri Oberetskinin Londonda müəmmalı ölümü ilə bağlı polis araşdırma aparır. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Oberetski noyabrın sonlarında Londonda avtomobillə vurulub və bir həftə komada qaldıqdan sonra xəstəxanada keçinib. Yaxınları bu hadisənin təsadüf olmadığını və biznesmenin qəsdən vurula biləcəyini deyirlər. Dmitri Oberetski Volqoqrad vilayətindəndir və “Maqnat” şirkətlər qrupunun sahibi olub. Onun şirkəti Amerikanın “Proctor & Gamble” şirkətinin, habelə “Nestle” və digər brendlərin Rusiyadakı rəsmmi distribütorudur.

    Muxalifet - 6-12-2019

  15. BDU-nun ölən tələbəsi ilə bağlı müəmmalar artdı: Jurnalist qohumu danışdı

    Şəkər Xasmətovanın qohumu: "Bir istəyimiz var ki, ekspertizanın cavabları doğru-düzgün açıqlansın”
    Noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbə qızın zəhərlənməsi, onlardan birinin dünyasını dəyişməsi hələ də müəmma olaraq qalıb. İki gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzovun məsələ ilə bağlı açıqlaması bu müəmmaları daha da artırıb.

    Muxalifet - 6-12-2019

  16. ​DƏHŞƏT: Azərbaycanlı müğənninin 3 ailə üzvü qəzada öldü - VİDEO

    Anam, bacım, qardaşım qəzada rəhmətə gedib Müğənni Nüşabə Musayevanın ailəsi ilə bağlı yayılan məlumat hər kəsi dəhşətə gətirib. Muxalifet.az aznews.az-a istinadən xəbər verir ki, müğənni qəzada ailəsinin 4 üzvünü itirdiyini bildirib. Bu barədə o, əzizlərinin məzarı başında video paylaşaraq qeyd edib: "Anam, bacım, qardaşım 1999-cu ildə qəzada rəhmətə gedib" .

    Muxalifet - 6-12-2019

  17. NATO-nun ƏN GÜCLÜ ORDULARI - SİYAHI

    Böyük Britaniyanın paytaxı Londonda keçirilən NATO-nun 70-ci Liderlər Zirvəsi və Fransa prezidenti Emmanuel Makronun "NATO-nun beyin ölümü gerçəkləşib" sözlərindən sonra alyansa daxil olan ölkələrin hərbi gücü gündəmə gəlib.

    "Global Firepower" NATO-nun ən güclü ordularına sahib üzvlərinin siyahısını hazırlayıb.

    15. Bolqarıstan

    Əhalisi: 7 milyon 57 min 504 nəfər

    Canlı qüvvəsi: 3 milyon 278 min 916 nəfər

    Hərbi heyəti: 36 min 150 nəfər

    Aktiv heyət: 33 min 150 nəfər

    Muxalifet - 6-12-2019

  18. ABŞ-ın hərbi bazasına hücum edilib

    ABŞ-ın İraqdaki hava bazasına hücum edilib.
    Muxalifet.az
    İraq mətbuatına istinadən xəbər verir ki, İraqın Səlahəddin vilayətində ABŞ əsgərlərinin olduğu hərbi bazaya kimliyi bəlli olmayan şəxslər tərəfindən 2 raket atılıb. 
    Ötən günlərdə ABŞ-ın İraqın qərbində yerləşən digər hərbi bazasına 5 raket atılmışdı. 

    Muxalifet - 6-12-2019

  19. "Milli Məclis əvəzinə Millət Məclisi deyilməlidir" - TƏKLİF

    Ziyalılar hazırda gündəmin ən çox müzakirə olunan məsələsi  - Milli Məclislə bağlı maraqlı təklif səsləndiriblər.
    Muxalifet.az
    Modern.az-a istinadən xəbər verir ki, təklifi yazıçı-dramaturq Firuz Mustafa ictimailəşdirib.
    F.Mustafa həmkarı ilə birgə Milli Məclisin adının dəyişdirilməsini təklif edib.
    “Bu günlərdə tanınmış türkoloq, hörmət bəslədiyim təvazökar dilçi alim Şahlar Göytürk bir təklif vermişdi. "Milli Məclis əvəzinə Millət Məclisi deyilməlidir".

    Muxalifet - 6-12-2019

  20. Vahid Mustafayevdən MTRŞ-ya ETİRAZ: "Niyə məhz 102 FM-in tezliyi satışa çıxarılıb?"

    Milli Televiziya və Radio Şurası yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-dən dekabrın 12-dək keçiriləcək.

    Qeyd edək ki, 102,0 MHz bağlanan ANS ÇM radiosunun tezliyi olub.

    Fəaliyyətini dayandırmış ANS-in keçmiş prezidenti Vahid Mustafayev 102 FM-in satışı ilə bağlı Haqqin.az saytına danışıb.

    Muxalifet - 6-12-2019

Pages