2022-ci il fevralın 1-dən dövlət orqanlarının işçiləri məcburi peyvənd olunacaqlar

Baxış sayı:
10928

2022-ci il fevralın 1-dən Azərbaycanda dövlət orqanlarının əməkdaşları COVİD-19-a qarşı vaksinin iki dozasının vurulması, immunitet və ya əks-göstəriş barədə sertifikatlar təqdim etməlidirlər.

Müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.

Bu tələb mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin əməkdaşlarına, xidmət sahəsi işçilərinə  də şamil ediləcək.