Axtarış
The search found 105731 results in 0.137 seconds.
Search results
"Artsax" dəfn olunur: Araik Rusiyada özünə sığınacaq axtarır
Ermənistan əhalisi Xankəndi və ətraf bölgədən ermənilərin ölkəyə gəlişinə etiraz edirlər; İndi bölgədəki ermənilər üçün ən sərfəli variant Azərbaycan vətəndaşı statusunu qazanmaqdır...
Muxalifet.az-ın musavat.com-a istinadla məlumartına görə, Cənubi Qafqazda olduqca hərəkətli bir dövr yaşanır. Bu regionda 30 il davam etmiş geopolitik durğunluq artıq keçmişdə qalıb. Və hazırda yalnız region xalqlarının deyil, ümumiyyətlə, bölgənin gələcək taleyini müəyyən edəcək proseslər başlayıb.
Muxalifet2 - 24-10-2021
Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
Bir çox dövlət qurumlarının "yem yeri" olan tender müqavilələri artıq kobud desək "ağ eliyib".
Əvvəllər az-az olduğu üçün peşəkarlıqla diqqətdən yayınmağı bacarırdılar.
İqtisadi böhranın təsirindəndir, nədəndirsə son vaxtlar bəzi, daha doğrusu əksər qurumlar "tender" adı ilə dövlət büdcəsinə "kütləvi şəkildə hücuma keçiblər".
Muxalifet2 - 25-10-2021
Əli Həsənov üzərində şəkli əks olunan xalça toxutdurdu - FOTOFAKT
Son vaxtlar PA-nın sabiq şöbə müdiri Əli Həsənov haqqında qalmaqallı informasiyalar səngimək bilmir.
Əli Həsənov bu dəfə özünə fotosu əks olunan xalça sifariş etdiyinə görə yenidən gündəmə gəlib.
Bu haqda məlumatı özünün Facebook səhifəsində Portretxalca.az saytı yayıb və ona minnətdarlığını bildirib:
“Müştərimizə Bizə etibar etdiyi və paylaşıma icazə verdiyi üçün təşəkkür edirik”.
Muxalifet2 - 25-10-2021
SAAKAŞVİLİ TƏRƏFDARLARINA NÖVBƏTİ DƏFƏ MÜRACİƏT ETDİ – “İnanıram ki, qələbəni birlikdə qeyd edəcəyik ”
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasından tərəfdarlarına növbəti məktub ünvanlayıb.
Qafqaz.media Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, eks-prezident 30 oktyabr seçkilərinin əhəmiyyətini vurğulayıb və tərəfdarlarını səs verməyə çağırıb.
“Dəstəyə görə hər kəsə təşəkkür etmək istəyirəm...
Muxalifet2 - 25-10-2021
ERMƏNİSTAN PARLAMENTİNDƏ QAPALI TOPLANTI - Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı dinləmələr keçirilir
Ermənistanda parlamentində Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçirilir.
“Sputnik Armenia” xəbər verir ki, iclasda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Kamo Koçunts və Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan da iştirak edirlər.
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, deputatların ən azı 20 faizi bu məsələ ətrafında müzakirə aparmağı təklif edib.
Muxalifet2 - 26-10-2021
PAŞİNYAN PARLAMENTƏ GİZLİ QAPIDAN GƏLDİ VƏ… - Erməni baş nazir deputatların Moskva görüşü ilə bağlı suallarını cavabsız qoyub, arxa qapıdan çıxdı
“Paşinyan parlamentə jurnalistlərin girişi olmayan qapıdan gəlib və oradan da çıxıb gedib”.
Qafqaz.media xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun Erməni xidməti – “Azatutyun” yazır.
Muxalifet2 - 26-10-2021
"DÖVLƏT ŞİRKƏTLƏRİNİN XƏRCLƏRİ ÇOX ŞİŞİRDİLİR..." - Ekspert hökumətin "vəsaitimiz çatışmır" açıqlamasını gülməli hesab edir
2021-ci ilin yola salınan doqquz ayında Azərbaycan Dövlət Neft Fondunun (ADNF) büdcə gəlirləri 10 mlrd. 444.5 mln., xərcləri isə 7 mlrd. 328.2 mln. manat təşkil edib. Fondun büdcəsində 3 mlrd. manatdan çox profisit (neft bahalaşıb və sairə…) yaranıb.
Bu barədə ADNF-nin məlumatında bəhs edilir. Bildirilir ki, ondan dövlət büdcəsinə 7 mlrd. 309.7 mln. manat vəsait daxil olub. Ötən ilin məlumatına görə isə, Fond həmin dövrü 3 mlrd. 64.5 mln. manat defisitlə başa vurmuşdu.Muxalifet2 - 26-10-2021
İlham Əliyev və Ərdoğan Zəngəzur dəhlizinin təməlini qoydular - FOTOLAR
Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyulub.
Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.
Muxalifet2 - 26-10-2021
Ərdoğan və Əliyevin Cahangir Əsgərovla "bığ" zarafatı - VİDEO
Muxalifet2 - 26-10-2021
CƏFƏR CƏFƏROV ŞƏHİD BACISINDAN TƏHSİL HAQQI TƏLƏB EDİR… - ADPU-nun rektoru haqda şok iddialar: “Əli Həsənovun göstərişi ilə…”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovla bağlı mətbuatda şok informasiyalar yayılmaqdadır. Qeyd edək ki, C.Cəfər prezidentin keçmiş köməkçisi Əli Həsənovun yaxın kadrlarından hesab olunur. Əli Həsənovun ölkədə “at oynatdığı” illərdə rektorun bir çox qanunsuz əməllərinin onun, eləcə də ötən ilədək təhzil nazirinin müavini vəzifəsində çalışan baldızı Məhəbbət Vəliyeva tərəfindən ört-basdır edildiyi haqda iddialar var.
Muxalifet2 - 28-10-2021
ZƏNGƏZUR DALANI: PUTİN NİYƏ 1920-Cİ İL SƏRHƏDLƏRİNİ GÜNDƏMƏ GƏTİRİR? - İrəvan necə razı salınacaq?
Moskva sərhədlərin Qars müqaviləsinə əsasən müəyyən edilməsinə razılaşmaqla Krımın ilhaqını arqumentləşdirmək üçün hüquqi presedent yarada bilər
Muxalifet2 - 28-10-2021
Türkiyə ordusu 35 minlik qüvvə ilə böyük hücuma hazırlaşır - 5 KİLOMETRLİK HƏRBİ TEXNİKA KALONU SƏRHƏDİ KEÇDİ, RUSİYA İSƏ ƏN YENİ QIRICILARINI GÖNDƏRDİ...
Türkiyə Silahlı Qüvvələri müxalif suriyalı yaraqlıların da dəstəyi ilə Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı yeni və ən güclü hücum əməliyyatına hazırlaşır. “Haber7” portalının bildirdiyinə görə, yeni əməliyyat kürd yaraqlılarının əsasən təmas xətti boyu mövqelərinə qarşı yönələcək və türk qoşunları bölgədəki ABŞ və Rusiya qüvvələri ilə birbaşa toqquşmadan yayınmaq üçün bütün mümkün olanı edəcək. Bu baxımdan Türkiyə Silahlı Qüvvələrinin maksimal dəqiqlikli zərbələrə üstünlük verəcəyi bildirilir.
Muxalifet2 - 28-10-2021
"Nar" qazi müəllimlər haqqında kitabın çapına dəstək olur
“Nar” 44 günlük Vətən müharibəsində iştirak etmiş müəllimlərin qəhrəmanlıqlarından bəhs edən kitabın çapına dəstək olacaq. Kitabda Vətən müharibəsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Qafqazinfo” xəbər portalının “Qəhrəman müəllimlərimizi tanıyaq” layihəsi çərçivəsində hazırladığı 38 reportajı toplanacaq. Qeyd edək ki, bu yazılar cəmiyyətdə böyük marağa səbəb olmaqla yanaşı, şagirdlərin hərbi vətənpərvərlik ruhunda yetişməsinə töhfə verib.
Muxalifet2 - 29-10-2021
SON DƏQİQƏ! AZƏRBAYCANDA XÜSUSİ KARANTİN REJİMİNİN MÜDDƏTİ UZADILDI
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci ilin yanvarın 1-i saat 06:00-dək uzadılıb.
Muxalifet2 - 29-10-2021
REGİONDA BÖYÜK GƏRGİNLİK: SEPARATÇILARLA DÖYÜŞLƏR QIZIŞDI... - “Bayraktar”ların ardınca “Javelin” də cəbhəyə göndərildi / VİDEO
Ukraynanın şərqində, Donetsk və Luqansk regionlarına nəzarət edən separatçılarla Ukrayna ordusu arasında döyüşlər qızışır. Virtualaz.org xəbər verir ki, ötən gün axşamdan başlayaraq Donetsk şəhərinin 20 kilometrliyində yerləşən strateji əhəmiyyətli Dokuçayevsk qəsəbəsi ətrafında şiddətli atışmalar gedir. Separatçılara yaxın mənbələr Ukrayna ordusunun bu qəsəbəni tutmaq üçün həmlələr etdiyini bildirir, əgər Dokuçayevsk şəhəri əldən getsə o zaman qondarma “Donetsk xalq respublikası” çökə bilər.
Muxalifet2 - 29-10-2021
AZƏRBAYCANDA KORONAVİRUSDAN DAHA 26 NƏFƏR ÖLDÜ - Yoluxanların sayı artdı / STATİSTİKA
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2132 yeni yoluxma faktı qeydə alınıb, 1757 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
Muxalifet2 - 29-10-2021
Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı - SON SUTKADA 2189 NƏFƏRDƏ YOLUXMA FAKTI AŞKARLANDI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 189 yeni yoluxma faktı qeydə alınıb, 1 585 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 529 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492 374 nəfər müalicə olunaraq sağalıb, 7 049 nəfər vəfat edib. 29 686 nəfər aktiv xəstə sayını təşkil edib.
Muxalifet2 - 30-10-2021
Bakı metrosunda qatarların hərəkəti bərpa olundu - YENİLƏNİB + VİDEO
“28 May” stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib. Elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib”.
Bununla bağlı “Bakı Metropoliteni” məlumat yayıb.
Bildirilib ki, ehtiyat tədbiri kimi, “Həzi Aslanov”-“28 May” istiqamətində 5 dəqiqəyə yaxın müddət ərzində qatarların hərəkətini təmin edən yüksək gərginlik çıxarılıb:
Muxalifet2 - 30-10-2021
“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur
“Nar” mobil rabitə bazarında yerli kadrların yetişdirilməsi və gənclərin təhsili başa vurduqdan sonra qısa müddət ərzində peşəkarlara çevrilməsi məqsədilə texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün “Mobil rabitənin əsasları” təlimini təşkil edir. Təlim ödənişsiz əsasda və ali məktəb rəhbərliyinin təşkilati dəstəyi ilə keçirilir.
Muxalifet2 - 31-10-2021
TİFLİSDƏ BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN İKİNCİ TURU: Kaxa Kaladze 56,3% səslə seçkilərdə qalib gəldi - YENİLƏNİB
Oktyabrın 30-da Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ikinci turunda ilkin nəticələr açıqlanıb.
Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, hakim Gürcü Arzusu Partiyasının namizədləri 20 şəhərdən 19-da qalib gəliblər.
Müxalifətin – Vahid Milli Hərəkat partiyasının namizədi isə yalnız Tsalencixa şəhərində qələbə qazanıb.
Muxalifet2 - 31-10-2021