ERMƏNİSTAN PARLAMENTİNDƏ QAPALI TOPLANTI - Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı dinləmələr keçirilir

Baxış sayı:
487

Ermənistanda parlamentində Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçirilir.

“Sputnik Armenia” xəbər verir ki, iclasda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Kamo Koçunts və Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan da iştirak edirlər.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, deputatların ən azı 20 faizi bu məsələ ətrafında müzakirə aparmağı təklif edib.