Axtarış
The search found 105733 results in 0.095 seconds.
Search results
Mixail Saakaşvili belə saxlanıldı... - ANBAAN VİDEO
Xəbər verdiyimiz kimi, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanda saxlanılıb.
Muxalifet.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda Gürcüstanın baş naziri məlumat verib.
Gürcüstan televiziyası Saakaşvilinin həbs videosunu yayıb.
Həmin görüntüləri təqdim edirik:
Muxalifet2 - 1-10-2021
Saakaşvilinin Gürcüstanda saxlanılma görüntüləri yayıldı - FOTO
Gürcüstanın Daxili İşlər Nazirliyi Mixeil Saakaşvilinin ölkədə saxlanılmasını əks etdirən foto və videogörüntülər yayıb.
Qafqaz.media xəbər verir ki, görüntülərdə sabiq prezidentin Tbilisidə polis bölməsinə aparılması əks olunub.
M.Saakaşvilinin daha sonra Rustavi şəhərində həbsxanalardan birinə aparıldığı bildirilir.
Muxalifet2 - 1-10-2021
“Nar”ın baş sponsorluğu ilə Azərbaycan çempionu titulu uğrunda yarış başlayır
“Nar”ın baş sponsorluğu ilə ölkənin ən baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 18-ci mövsümü start götürür. Bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə “Bilik” kuboku uğrunda mübarizə aparacaq. “Bilik” kubokunu qazanan komanda isə ötən mövsüm qalib olmuş “Nar” komandası ilə “Breyn Rinq 2021” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq. Oktyabrın 1-dən start götürəcək yarış hər həftənin cümə günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq.
Muxalifet2 - 3-10-2021
MARNEULİDƏ “GÜRCÜ ARZUSU” QALİB GƏLDİ - Rəsmi açıqlama
Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda mer vəzifəsinə keçirilmiş seçkilərin nəticələri açıqlanıb.
Belə ki, ölkənin Mərkəzi Seçki Komissiyası rayon üzrə 91 məntəqənin hamısında səsləri hesablayıb.
Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kənan Ömərov 68,26 %, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Eldar Mustafayev 28,17 %, digər müxalif Avropalı Gürcüstan Partiyasının namizədi Əhməd İmamquliyev isə 3,58 % səs əldə edib.
Qeyd edək ki, Marneuli meri postuna yalnız bu üç namizəd iddialı olub.Muxalifet2 - 3-10-2021
Gürcüstanda seçkilərin ilkin rəsmi nəticələri AÇIQLANDI
Gürcüstanın Mərkəzi Sekçi Komissiyası (MSK) ötəngünkü yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.
Belə ki, MSK artıq 3 743 məntəqənin 1 446-dan (38,63 %) əldə olunan səsləri hesablayıb.
Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyası 48,56 %, müxalif Vahid Milli Hərəkat Partiyası isə 31,23 % səs əldə edib.
Üçüncü yeri isə 6,87 %-lə Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası tutub.Muxalifet2 - 3-10-2021
Həbib Nurməhəmmədov Ronaldu və Bekhemin 7 nömrəli formasına sahib çıxdı - FOTO
Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov sosial şəbəkə hesabında “Old Trafford”a getməsi və ona “Mançester Yunayted”in formasının hədiyyə olunmasından danışıb.
“Mənim üçün əfsanəvi “Mançester Yunayted” klubunun dəvəti ilə bu əfsanəvi stadionu ziyarət etmək böyük şərəfdir. İsti qarşılaşmaya görə çox sağ olun.
Ümid edirəm, Kriştianu Ronaldu və Devid Bekhem mənim yeddi nömrəli formanı almağıma etiraz etməyəcəklər”, - deyə H.Nurməhəmmədov bildirib.
Muxalifet2 - 3-10-2021
RƏSMİ BAKIDAN TEHRANIN İDDİALARINA CAVAB - "Narkotik qaçaqmalçılığının dayandırılması İranın maraqlarına cavab verməlidir..."
"İlk növbədə vurğulamaq istərdik ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yerli televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, iki ölkə xalqları arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və İran arasında əlaqələr möhkəm tarixi bağlar, dostluq və əməkdaşlıq üzərində qurulub".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin müsahibəsində Azərbaycanla bağlı söylədiklərinə münasibət bildirərkən deyib.
Muxalifet2 - 4-10-2021
YÜZMİNLƏRLƏ İNSAN SAAKAŞVİLİ ÜÇÜN MEYDANLARA AXIŞACAQ? – Eks-prezident xalqına güvənməklə səhv edib, yoxsa...
Gürcüstanın eks-prezidenti Miaxil Saakaşvilinin, həbs olunacağını bildiyi halda, 8 il həsrətində olduğu Vətəninə qayıtması uzun illər yaddaşlardan silinməyəcək. Bu dönüşün nə ilə nəticələnməsindən asılı olmayaraq, Saakaşvilinin hər zaman güvəndiyi gürcü xalqı bu gün qürur hissi keçirməlidir ki, onun belə övladı var. Hansı ki, məhz Mişanın hesabına bu gün Gürcüstan bütün dünyada demokratik ölkə kimi tanınır.
Muxalifet2 - 4-10-2021
HÖKUMƏTİN SOSİAL MÜDAFİƏ FIRILDAĞI - Qazi və şəhid ailələrinə saxta “dövlət qayğısı”
Bu günlərdə Milli Məclis şəhid ailələrinə növbəti “diqqət və qayğı “ göstərərək, hər bir şəhid ailəsi üzvünə Prezidentin 26 dekabr 2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında “ fərmanının 1-ci hissəsi ilə müəyyən edilən aylıq 12 manatlıq müavinətin verilməsindən imtina edilməsini qərara alıb.
Muxalifet2 - 4-10-2021
Azərbaycanda daha 11 nəfər koronavirusdan öldü - YOLUXMA SAYI KƏSKİN AZALDI
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 835 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
Muxalifet2 - 4-10-2021
GÜRCÜSTANDA SAAKAŞVİLİYƏ DƏSTƏK AKSİYASI BAŞLADI! - Bölgələrdən Rustaviyə axın var
Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixail Saakaşviliyə azadlıq tələbi ilə kütləvi aksiya keçirilir.
“Mişaya azadlıq!” şüarlı aksiya siyasətçinin saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında təşkil olunub. Mitinqdə M.Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) çox sayda tərəfdarları iştirak edirlər. Aksiyaya ölkənin müxtəlif bölgələrindən dəstək qrupları da qoşulub.
Muxalifet2 - 4-10-2021
"Facebook", "Instagram" və "WhatsApp" ÇÖKDÜ
Bu dəqiqələrdə "Facebook" və "Instagram" sosial şəbəkələrinin, eləcə də "WhatsApp" tətbiqinin fəaliyyətində problemlər yaranıb.
Muxalifet.az xəbər verir ki, hazırda sözügedən resurslara giriş mümkün deyil.
Azərbaycan da daxil olmaqla Rusiya, Ukrayna, Almaniya və bir sıra digər Avropa ölkələrinin istifadəçiləri sosial şəbəkələrlə bağlı problem yaşadıqlarını bildiriblər.
İstifadəçilərin 58%-i tətbiqlərə girişlə, 24% -i mesaj göndərməklə, 19%-i əlaqənin kəsilməsi ilə əlaqədar problemlərlə üzləşdiyini bildirir.Muxalifet2 - 4-10-2021
“Twitter”, “Google” və “Amazon”un da fəaliyyətində problemlər yaşanır
“Facebook”, “WhatsApp”, “Instagram” sosial şəbəkələrində yaranan promlemin ardınca “Twitter”, “Google” və “Amazon”un da fəaliyyətində problemlər yaşanmağa başlayıb.
Bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.
Yüzlərlə insan sözügedən xidmətlərin işində yaranan problemlər şikayət edib.
İnternet istifadəşiləri “Twitter” “Google” və “Amazon” tətbiqlərini yükləyə bilməyib.
Muxalifet2 - 4-10-2021
Altı ildir Azərbaycanı tərk edə bilməyən Rusiya vətəndaşı yenidən İlham Əliyevə müraciət etdi - FOTO
2000-ci illərin ortalarında Rusiyada ilk milli Azərbaycan brendini yaradan və bu brend altında Azərbaycanda istehsal edilən nar şirələrini Rusiya bazarına çıxaran iş adamı, Rusiya vətəndaşı Zenulla Qurbanov prezident İlham Əliyevə növbəti müraciət ünvanlayıb. Və 6 ildir Azərbaycanda əsassız olaraq saxlanıldığını, ölkədən çıxışına məhdudiyyət qoyulduğunu və nəticədə ağır insani durumla, olduqca dramatik vəziyyətlə üzləşdiyini bildirir.
Muxalifet2 - 4-10-2021
Gürcüstanda baş verən proseslərin pərdəarxası - SAAKAŞVİLİ GÜRCÜSTANIN RUSİYADAN XİLASI ÜÇÜN NƏLƏRİ PLANLAŞDIRIB...
Gürcüstan istebleşmentində Fransa Zurabişvilinin simasında, Rusiya isə Bidzina İvanişvilinin simasında təmsil olunur...
Muxalifet2 - 5-10-2021
İRANDA MÜƏMMALI PARTLAYIŞ VƏ ATIŞMA SƏSLƏRİ… - Tehran atışma ilə bağlı məlumat vermir
Ötən gecə Tehranın Dəmavənd bölgəsində atışma və partlayış səsləri eşidilib.
Muxalifet.az xəbər verir ki, bu haqda sosial şəbəkə istifadəçiləri və fəallar videolar yayınlaylblar.
İstifadəçilər partlayış və atışma səslərinin bir neçə dəqiqə sürdüyünü bildirsələr də, hadisənin səbəbləri barədə dəqiq məlumat verə bilməyiblər.
Bu saata qədər İranın rəsmi qurumları hadisə ilə bağlı hər hansı açıqlama verməkdən boyun qaçırıblar.
Muxalifet2 - 5-10-2021
İran səfiri “regional təhdid” deyəndə hansı ölkəni nəzərdə tutub? – ERMƏNİSTANDAKI GÖRÜŞÜN DETALLARI
İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxuri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Qafqaz.media bildirir ki, bu barədə erməni KİV-ləri TŞ-nin mətbuat xidmətinə əsasən məlumat yayıb. Səfir görüşdə Ermənistanı ölkəni «dost və qardaş ölkə» adlandırıb.
Danışıqlar zamanı tərəflər yeni regional təhdidləri müzakirə ediblər. İranın Çabahar limanının həm regional, həm də Ermənistan-İran əlaqələri kontekstində, xüsusilə Qərbi Zəngəzurun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.Muxalifet2 - 5-10-2021
GÜRCÜSTANIN BAŞ NAZİRİ İSTEFAYA HAZIRLAŞIR - "Gürcü Arzusu" seçkinin nəticəsindən narazıdır
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verəcək.
Bu barədə yerli “Pirveli” telekanalı etibarlı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, hakim Gürcü Arzusu Partiyasında oktyabrın 2-də baş tutmuş yerli seçkilərdə regionlarda əldə olunmuş uğursuz nəticələrdən narazılıq yaranıb və buna beynəlxalq qalmaqal da əlavə olunub.
Muxalifet2 - 7-10-2021
İRANIN NÜVƏ SİLAHINA SAHİB OLMASINA CƏMİ BİR NEÇƏ AY QALDI… - ABŞ dövlət katibi Rusiya XİN rəhəbəri ilə bu məsələni müzakirə etdi
2021-ci ilin 6 oktyabr tarixində Vaşinqtonun təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Muxalifet2 - 7-10-2021
İSVEÇ VƏ DANİMARKA VAKSİNDƏN İMTİNA ETDİ – Ürəyin iltihablanması riskini yüksəldir…
İsveç və Danimarka “Moderna” kompaniyasının istehsalı olan Covid-19 preparatlarının istifadəsini dayandırmağa qərar veriblər.
Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, bu, güclü yan təsirlər göstərməsi səbəbi ilə izah olunur.
Muxalifet2 - 7-10-2021