Axtarış
The search found 105733 results in 0.097 seconds.
Search results
"Azərbaycanda kimsə qohum-qardaşını hakimiyyətə dürtmək üçün cavanlaşdırma siyasətini ortaya atıb" - SƏRDAR CƏLALOĞLU
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri müxtəlif kontekslərdə təhlil olunur. Qaribaşvilinin səfərinin siyasi əhəmiyyəti ilə yanaşı, onun xarici görkəmi və yaşı da, diqqətdən kənarda qalmayıb. Gürcüstan hökümətinin vitrininə nəzər salanda, əksər nazirlərin gənc və orta nəsli təmsil edən insanlar olduğunu görmək mümkündür.
Muxalifet2 - 29-09-2021
İcra başçısı Anım günündə restoranında kef məclisi təşkil etdi - OBYEKTDƏ ÇƏKİLİŞ APARAN JURNALİSTİN ƏLİ SINDIRILDI
Sentyabrın 28-i axşam saatlarında "Kanal 13" internet televiziyasının əməkdaşı Əvəz Hafizli Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova məxsus olduğu iddia edilən "Dəyirman" restoranından canlı yayım edib. Jurnalist canlı yayım zamanı Vətən müharibəsinin bir ili tamam olduğu ərəfədə icra başçısına aid olan restoranda əyləncə məclisinin keçirildiyini qeyd edib. Daha sonra, ərazidə çəkiliş aparan Əvəz Hafizli restoran mühafizəçilərinin hücumuna məruz qalıb.
Muxalifet2 - 29-09-2021
Ahıska türkləri Şuşanı ziyarət etdi - FOTOLAR
Azərbaycanda səfərdə olan Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyəddin Kassanovun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərini ziyarət edib.
Qafqaz.media xəbər verir ki, qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın vəziyyəti ilə ətraflı tanış olublar.
DATÜB nümayəndə heyəti işğal dövründə dağıntılara məruz qalmış Şuşanın küçələrini gəzib, şəhərin hazırkı durumunu müşahidə ediblər.
Dağıdılmış tarixi binalar və abidələri öz gözləri ilə görən qonaqlar işğalın dəhşətli üzünü daha aydın şəkildə duyduqlarını bildiriblər.Muxalifet2 - 29-09-2021
BAKIDA BİABIRÇI OLAY: Polis rəisinin sürücüsü azyaşlı qıza təcavüz etdi
Bakıda 41 yaşlı kişi azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etdiyinə görə məsuliyyətə cəlb edilib.
Hadisə bir neçə ay əvvəl baş verib.
Muxalifet2 - 29-09-2021
XİN-in VƏZİFƏLİ ŞƏXSLƏRİ DÖVLƏT VƏSAİTİNİ NECƏ TALAYIBLAR? - Kimlərin adlarına şirkətlər açılıb?
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.
Muxalifet2 - 29-09-2021
Biznesmeni öldürmək üçün Kiprə göndərilən azərbaycanlı killer yaxalandı - BİR NEÇƏ GÜN ƏVVƏL TƏYYARƏ İLƏ GEDİBLƏR...
Kipr polisi (yunan Kipri,-red.) bu ölkədə yaşayan “nüfuzlu biznesmeni” öldürmək üçün göndərildiyi ehtimal edilən azərbaycanlı killeri yaxalayıb. Bu haqda in-cyprus.philenews.com portalı polisdəki mənbələrə istinadən bildirir.
Muxalifet2 - 29-09-2021
Ahıska türklərinin lideri Ziyəddin Kassanov Ərdoğanın sözçüsü ilə görüşdü - FOTO
Yaşadıqları ölkələrdə problemlərlə üzləşən Ahıska Türklərinin Türkiyəyə köç etdirilməsi ilə əlaqədar komissiya yaradılacaq
Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyəddin Kassanov 28 sentyabr 2021-ci il tarixində Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla Ankarada Prezident sarayında biraraya gəlib.
Muxalifet2 - 29-09-2021
Ukrayna və Türkiyə "Bayraktar" xidmət mərkəzinin inşası ilə bağlı MEMORANDUM İMZALADƏ
Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin "Baykar Savunma" şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb.
Vasilki yaxınlığında inşa ediləcək mərkəz Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatlarına xidmət göstərməklə yanaşı, işçilərə təlim keçmək üçün nəzərdə tutulub.
Sənədi Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə müdafiə naziri Andriy Taran, Türkiyə tərəfdən isə "Baykar Savunma"nın baş direktoru Haluk Bayraktar imzalayıb./report
Muxalifet2 - 29-09-2021
ELDAR HƏSƏNOVUN MALİYYƏÇİSİ DİNDİRİLDİ - "Səfirliyin bütün xərcləri köçürmə ilə aparılıb..."
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azər Şamilzadə ifadə verib.
Bildirib ki, 2010-2012-ci illərdə Azərbaycanın Serbiyadakı səfirliyində maliyyə mütəxəssisi vəzifəsində işləyib.
O deyib ki, işlədiyi dövrlərdə səfirliyin bütün xərcləri E.Həsənovun göstərişinə əsasən köçürmə ilə aparılıb.
Muxalifet2 - 30-09-2021
100 MİNDƏN ÇOX İMZA TOPLANDI - Saakaşvili Gürcüstana qayıdır...
Gürcüstanda keçmiş prezident Mixeil Saakaşvilinin vətənə dönməsi üçün yaradılan xalq hərəkatında artıq 104 min nəfər qeydiyyata alınıb.
Bu barədə hərəkatın təşəbbüskarı, müxalif “Qanun və ədalət” partiyasının sədri Tako Çarkviani məlumat verib.
O bildirib ki, həmin şəxslərin yarısı M.Saakaşvilini hava limanında qarşılamağa gedəcək.
Muxalifet2 - 30-09-2021
Ağabəy Əsgərov vəzifəsindən azad edildi - PREZİDENTDƏN SƏRƏNCAM
Ağabəy Məmməd oğlu Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Muxalifet2 - 30-09-2021
BMT QƏRARGAHI YANINDAKI TÜRK GÖYDƏLƏNİ: Ambisiyalara və ya Avroatlantik kursa sadiqliyin simvolu?
Uzun müddət bir çox Qərb analitikləri yazırdılar ki, Türkiyə Avropa və ABŞ-dan üz döndərir və şərqə (Çin, Rusiya) doğru irəliləyir. Qeyd etmək lazımdır ki, bu cür proqnoz və təxminlər məntiqdən məhrum deyil.
Muxalifet2 - 30-09-2021
MİXAİL SAAKAŞVİLİDƏN MÖHTƏŞƏM DÖNÜŞ! – “Gürcü arzusu” hakimiyyəti reallıqla barışmağa məcbur oldu
"Sabahın xeyir Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam”. Qafqaz.media-nın xəbər verdiyi kimi, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bu səhər özünün Facebook səhifəsində yazdığı statusla çoxlarını təəccübləndirdi. O mənada ki, Mişanın on minlərlə tərəfdaşı onun bu gecə deyil, sabah axşam, saat 23:05-də 8 illik həsrətə son qoyaraq, ölkəsinə qayıdacağını gözləyirdi.
Muxalifet2 - 1-10-2021
ABŞ SAAKAŞVİLİNİN GÜRCÜSTANA DÖNÜŞÜNƏ ZƏMANƏT VERİB! – Səfir Kelli Denqan “Gürcü arzusu”na xəbərdarlıq etdi…
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəyə qayıdışının seçkilərin axşamı günü baş tutacağını anons etsə də, onun dönüşü gözlənildiyindən 1 gün tez baş tutdu. Gürcüstana gəlişi barədə sabiq prezident özünün Facebook səhifəsindən paylaşım etdi. Ardınca isə "videosübut" olaraq Batumidən - ictimai nəqliyyatdan kadrlarını da paylaşdı.
Muxalifet2 - 1-10-2021
XÜSUSİ TƏYİNATLILAR BATUMİYƏ YOLA DÜŞDÜ - Saakaşvilinin həbsinə hazırlıq gedir...
Gürcüstanın Batumi şəhərinə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı maşın karvanı yola düşüb.
Muxalifet.az xəbər verir ki, bunu əks etdirən videokadrlar feysbukda paylaşılıb.
Bu, sabiq dövlət başçısı Mixeil Saakaşvilinin Batumidə olması ilə əlaqələndirilir. Xüsusi təyinatlıların onu həbs edəcəyi bildirilir.
Muxalifet2 - 1-10-2021
İcra başçısı oğluna 200 min manatlıq avtomobil aldı - FOTO
Azərbaycanda məmurların dəyəri milyonlarla ölçülən villalara, obyektlərə sahib olması barədə çox yazılıb. Korrupsiya yolu ilə özlərinə var-dövlət toplayan bu cür məmurların övladları da sadə vətəndaşlardan fərqli olaraq atalarının dövlət büdcəsindən taladıqları pulların hesabına dəbdəbəli həyat tərzi sürürlər.
Qafqaz.media xəbər verir ki, Qlobal.az-ın əldə etdiyi məlumata görə dəbdəbəli həyat yaşayan məmur övladlarından biri də Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğludur.Muxalifet2 - 1-10-2021
İRAN HƏRBİ TƏLİMİNDƏ "BOZQURD" İŞARƏSİ - Türk dövləti olduğunun etirafı, yoxsa təxribat... / FOTO
Bu gün Azərbaycan sərhədlərində İranın başlatdığı “Xeybər fatehləri” hərbi təlimlərində çəkilən şəkil sosial şəbəkələrdə gündəm oldu.
Muxalifet.az xəbər verir ki, təlimə qatılan əsgərlərdən birinin “Bozqurd işarəsi” ilə şəkli yayılıb.
Muxalifet2 - 1-10-2021
Telman İsmayılov Monteneqroda saxlanılıb
Tanınmış azərbaycanlı iş adamı, milyarder Telman İsmayılov Rusiya Federasiyası tərəfindən verilən axtarış qərarı ilə Monteneqroda saxlanılıb.
T.İsmayılovun Podqoritsa şəhərində saxlanıldığ yazılır.
Qeyd edək ki, Rusiyanın ən varlı iş adamlarından olan T.İsmayılov barədə 2009-cu ildə hüquq-mühafizə orqanlarına rəhbəri olduğu paytaxtın ən böyük topdansatış ticarət mərkəzi Çerkizovski bazarının fəaliyyəti ilə bağlı genişmiqyaslı şikayətlər daxil olub.
Muxalifet2 - 1-10-2021
Soydaşlarımız Qarabağ savaşına həsr olunan videomaterial hazırladı - KANADADA
İkinci Qarabağ savaşının başlaması Azərbaycanda olduğu kimi, ölkəmizdən kənarda da böyük əks-sədaya səbəb olmuşdu. Dünyanın harasında yaşamasından asılı olmayaraq, soydaşlarımız Azərbaycan Ordusunun Vətən müharibəsində qalib gəlməsi üçün əlindən gələni əsirgəmir, hətta ölkəyə qayıdıb, savaşa qatılmağa hər an hazır olduqlarını bəyan edirdilər.
Muxalifet2 - 1-10-2021
Saakaşvilinin həbs edilməzdən əvvəl qeydə aldığı videomüraciəti yayılıb - VİDEO
Muxalifet2 - 1-10-2021